Yuxarı

Bu il Azərbaycan üçün önəmli bir il olacaq - Səmədzadə

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında ölkəmizdə aparılan iqtisadi islahatları, həyata keçirilən strateji proqramları ətraflı təhlil etdi. Müşavirədə səslənən fikirlər bir daha göstərdi ki, dövlətimizin başçısının apardığı siyasət Azərbaycan xalqının maraqlarına, ölkəmizin iqtisadi təhlükəsizliyinin qorunmasına xidmət edir.

Axar.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Milli Məclisin iqtisadi siyasət, sahibkarlıq və sənaye komitəsinin sədri Ziyad Səmədzadə deyib.

Ziyad Səmədzadə qeyd edib ki, qlobal dünyada baş verən risklərə baxmayaraq, ölkəmiz iqtisadiyyatını gücləndirir. Qeyri-neft sektoru yüksək templə inkişaf edir. Qeyri-neft sektorunun sənaye sahəsində üstünlük daha çoxdur. İxrac potensialımız artır, idxal və ixrac arasında nisbət optimallaşır, vergi, gömrük sahələrində şəffaflığın artırılması istiqamətində irimiqyaslı addımlar atılır. Ötən doqquz aya nəzər salsaq görərik ki, ölkə iqtisadiyyatının nailiyyət olmayan bir sahəsi yoxdur.

Komitə sədri vurğulayıb ki, Azərbaycan özünün inkişaf modeli ilə bütün dünyada böyük nüfuz qazanıb, ölkəmizin uğurları göz qabağındadır. Əldə edilən nəticələr 2018-ci ilin son üç ayının da çox uğurlu olacağını deməyə əsası verir. Bütün göstəricilərə görə 2018-ci il Azərbaycan üçün önəmli bir il olacaq.

Tarix
2018.10.13 / 20:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının şok səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla