Yuxarı

Leyla Əliyeva xüsusi internat məktəbində

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Leyla Əliyeva xüsusi internat məktəbində

Oktyabrın 9-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Bakının Nərimanov rayonunda sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 nömrəli respublika xüsusi internat məktəbində yaradılmış şəraitlə tanış olub.

Bu barədə AzərTAc məlumat verir.

Məlumat verildi ki, 1961-ci ildәn fәaliyyәt göstәrәn bu təhsil ocağı 2006-cı ildә Heydәr Әliyev Fondunun tәşәbbüsü ilә yenidәn qurulub. Məktəbdə 267 şagird tәhsil alır. Şagirdlәrdәn 145-i tamamilә görmәyәn, digərləri isə zәif görәnlәrdir.

Heydər Əliyev Fondunun vitse-prezidenti məktəbin yeməkxanasında oldu, burada şagirdlərlə birlikdə süfrə arxasında əyləşərək onlarla səmimi söhbət edib. Leyla Əliyevanın diqqətinə çatdırılıb ki, burada Azәrbaycanın bütün bölgәlәrindәn 6 yaşdan 20 yaşa qәdәr uşaqlar tәhsil alırlar. Bölgələrdən gələn uşaqlar mәktәbin 120 nәfәrlik yataqxanasında qalırlar. Məktəb şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün lazımi avadanlıqla təmin edilib.

Şagirdlərə Heydər Əliyev Fondu tərəfindən yeni kompüterlər hədiyyə olunub.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva gözdən əlil uşaqlar üçün 38 nömrəli musiqi məktəbində olub. Məlumat verildi ki, burada 204 şagird təhsil alır.

Leyla Əliyeva şagirdlərin ifalarını dinləyib.

Tarix
2014.10.09 / 19:37
Müəllif
Axar.az
Digər xəbərlər

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

Vəzifəsindən azad olunan polkovnikə yüksək vəzifə verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla