Yuxarı

Düşmənə Aprel mesajı, azad edilən ərazi və... - Nuriyev

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu 15 ildə Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurlar əldə etdi. Hər şeydən əvvəl Azərbaycan oturuşmuş bir dövlətə çevrildi, dünya siyasətində özünəməxsus yerini müəyyənləşdirdi.

Bu sözləri Publika.az-a açıqlamasında Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev Azərbaycan dövlət başçısı İlham Əliyevin 15 illik prezidentlik dövrünü dəyərləndirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan bu müddət ərzində regional siyasətin həyata keçirilməsində mühüm oyunçulardan biri olub:

“Azərbaycan həm iqtisadi, həm siyasi, həm sosial, həm də mədəni və təhlükəsizlik sahələrində çox böyük nailiyyətlər əldə etdi. İlk növbədə siyasi nəticəni qeyd etmək istəyirdim: Azərbaycan dünya arenasında sözünün xüsusi çəkisi olan bir dövlətə çevrildi. Regional siyasətin, eyni zamanda bir çox beynəlxalq təşəbbüslərin həyata keçirilməsində mühüm rola malik oldu. Bu illər ərzində dövlətçilik daha da möhkəmləndi, dövlət institutları təkmilləşdirildi və dayanıqlı bir inkişaf prosesi baş verdi. Azərbaycanın beynəlxalq nüfuzu artdı. Ən böyük nailiyyətlərdən biri Azərbaycanın 155 ölkənin dəstəyi ilə BMT-nin Təhlükəsizlik Şurasının üzvü seçilməsi oldu. Bu, Azərbaycanın beynəlxalq aləmdə böyük siyasi uğurlarından biri idi”.

Ə.Nuriyevin dediyinə görə, bu illər ərzində Azərbaycana 230 milyard dollar investisiya qoyuldu. O, bunun Azərbaycan kimi bir dövlət üçün çox əhəmiyyətli bir rəqəm olduğunu qeyd edib:

“Qoyulan sərmayə sayəsində Azərbaycan bütün regionlar da daxil olmaqla, geniş inkişaf prosesini həyata keçirdi. Bu dövrdə Azərbaycan həm daxildə, həm də regionda böyük layihələrə imza atdı. Bakı-Tbilisi-Ərzurum boru xətti və Bakı-Tbilisi-Qars dəmiryolu xətti istifadəyə verildi. İndi TAP və TANAP-ın reallaşması gedir. Azərbaycan Şimal-Cənub, Şərq-Qərb nəqliyyat qovşağına çevrilib. Bu proses inkişaf etməkdədir. Bu yaxınlarda Azərbaycanın üçüncü peyki olan “Azerspace-2” telekommunikasiya peykinin uğurla orbitə buraxılması da bunun sübutudur. Bu illər ərzində bir çox sənaye müəssisələri işə salındı, qeyri-neft sektorunda inkişaf artan dinamika ilə davam edir. Davos İqtisadi Forumunun verdiyi məlumata görə, Azərbaycan rəqabət qabiliyyəti baxımından dünyada 35-ci yeri tutur”.

Müsahibimiz 15 il ərzində sosial sahədə də böyük nailiyyətlər əldə edildiyini söyləyib:

“Bu nailiyyətlər hər bir Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılmasına yönəlir. İstər pensiya və müavinətlərin verilməsi sahəsində, istərsə də ünvanlı sosial yardımların verilməsi və məşğulluq probleminin həllində böyük addımlar atılıb. Bu dövrdə yeni açılan iş yerlərinin sayı milyondan artıq oldu. Bu, aparılan uğurlu sosial və iqtisadi siyasətin nəticəsi idi. Azərbaycan regionlarının qeyri-bərabər inkişafı aradan qaldırıldı, regionların inkişafı ilə bağlı bir neçə proqram qəbul edildi. Pambıqçılıq, üzümçülük və baramaçılığın inkişafı ilə bağlı proqramlar xüsusi qeyd olunmalıdır. Bu, əhalinin məşğulluq probleminin həllinə böyük töhfə verdi və əhalinin gəlirlərinin artmasına kömək etdi. Ümumi daxili məhsul üç dəfə artdı. Azərbaycan 2008-2012-ci illərdə inkişaf səviyyəsinə görə dünyada ilk yerlərdən birini tutdu. Hazırda da Azərbaycan MDB-də iqtisadi inkişaf sürətinə görə liderliyini qoruyub saxlayır. Eyni zamanda, ASAN xidməti yaradıldı. Elektron hökumətə keçid, xidmətlərin elektronlaşması aparılan siyasətin nəticəsi idi. Əlbəttə ki, bütün bunlar cənab Prezidentimizin 15 il ərzində həyata keçirdiyi siyasətin nəticəsidir”.

Azərbaycanın hərbi gücünün artırıldığını vurğulayan Ə.Nuriyev qeyd edib ki, işğal edilmiş torpaqların azad edilməsi üçün bu, çox mühüm şərtlərdən biridir:

"Azərbaycan Ordusu bu gün dünyanın ən güclü 50 ordusu arasındadır. Ordumuzun peşəkarlığı artırıldı. Azərbaycan Ordusunun Aprel döyüşlərində, daha sonra Naxçıvan cəbhəsində qəhrəmanlığı nəticəsində min hektarlarla ərazi işğaldan azad edildi. Bu, ordumuzun gücünü işğalçıya göstərdi, həm də Azərbaycan beynəlxalq aləmdə bir daha göstərdi ki, biz sülh siyasəti aparırıq, amma eyni zamanda, torpaqlarımızı azad etmək gücünə malikik. Bu, beynəlxalq aləmə çox ciddi mesaj idi və bu da Prezidentimizin apardığı siyasətin nəticələrindən biri kimi qiymətləndirilməlidir”.

Onun sözlərinə görə, ötən dövrdə mədəniyyət və idman sahəsində də böyük uğurlar əldə olunub. Müsahibimiz Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və Formula 1 kimi idman tədbirlərini xatırladıb. Sivilizasiyalararası dialoqla bağlı demək olar ki, hər il ölkəmizdə beynəlxalq forumların keçirldiyini deyən Ə.Nuriyev qeyd edib ki, Azərbaycan dünyanın önəmli idman və mədəni mərkəzlərindən birinə çevrilib.

“Eyni zamanda, Azərbaycanda effektiv sosial siyasətin nəticəsi olaraq yeni məktəblər tikildi, üç minə qədər məktəb inşa olundu və ya əsaslı təmir edildi. Çoxsaylı xəstəxanalar tikildi. Qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün genişmiqyaslı sosial layihələrə imza atıldı”, - o, əlavə edib.

Ə.Nuriyev Azərbaycanın dünyada bir energetika dövləti kimi tanındığını vurğulayıb.

Müsahibimizin sözlərinə görə, ən mühüm məqam ondan ibarətdir ki, ölkə əhalisi Prezidentin siyasətini ardıcıl olaraq bəyənir və dəstəkləyir:

“2003, 2008, 2013 və bu il cənab Prezidentə göstərilən etimad da, onun yüksək səs çoxluğu ilə seçilməsi də bu siyasətin ölkə əhalisi tərəfindən dəstəklənilməsinin bariz göstəricisidir. Güclü dəstək həm də xarici siyasətin də uğurla həyata keçirilməsinə təsir göstərir. Hesab edirəm ki, bütün bunlar Prezidentimizin 15 il ərzində gərgin əməyi nəticəsində əldə olunan nailiyyətlərdir. Biz bunu hər addımda görürük və şübhəsiz ki, bu proses Azərbaycanın dayanıqlı inkişaf edən bir dövlətə çevrilməsinə gətirib çıxardı. Qarşıda bir sıra məsələlər var ki, onlar Strateji Yol Xəritələrində müəyyən edilib. Cənab Prezident bu müddət ərzində Azərbaycanın elə regionu, elə bir rayonu olmadı ki, orada üç dörd dəfə olmasın. Bu, Prezidentlə xalqın birbaşa təmas məsələsidir. Bu, çox vacib məqamdır. Xalqla birbaşa təmas həm də möhkəm və dayanıqlı etimadın əsas şərtlərindən biridir. Bunu hər an görür və nəticələrini də müşahidə edirik.

Tarix
2018.10.13 / 22:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla