Yuxarı

Azərbaycan paytaxtında “Avropa İrs Günləri”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan paytaxtında “Avropa İrs Günləri”

Oktyabrın 13-də, saat 16:00-da "Four Seasons Hotel Baku" mehmanxanasının "Bayatı Şiraz" zalında Azərbaycan Respublikasının Avropa Şurasının Nazirlər Komitəsinə sədrliyi çərçivəsində "Avropa İrs Günləri"nin qeyd edilməsinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

Axar.az xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin və Avropa Şurasının Demokratik İdarəçilik Direktorluğunun nümayəndələrinin iştirakı ilə baş tutacaq konfransda, layihənin və yeni yaradılmış "Avropa İrs Günləri Portalı"nın təqdimatı həyata keçiriləcək.

Tədbirdə eyni zamanda ötən illərdə Azərbaycanda "Avropa İrs Günləri"nin qeyd olunmasına həsr olunmuş qısa filmin də nümayişi nəzərdə tutulub.

Xatırladaq ki, tədbir üçün kütləvi informasiya vasitələrinin nümayəndələrinin qeydiyyatı 13 oktyabr 2014-cü il tarixində saat 15.30-dan etibarən həyata keçiriləcək.

Qeyd edək ki, "Avropa irs günləri" (EHDs), Avropa vətəndaşları arasında əməkdaşlıq çərçivəsində kütləvi qeyd olunan mədəni təşəbbüslərdən biridir. 1985-ci ildə Avropa Şurası tərəfindən irəli sürülmüş bu təşəbbüsə 1999-cu ildə Avropa İttifaqı Komissiyası da qoşulub. Hər 2 qurum indiyədək bu proqramı birgə davam etdirirlər. Hər il sözügedən layihə 50 Avropa ölkəsində keçirilir və müəyyən olunmuş günlərdə ziyarətçilər üçün minlərlə abidələrə və tarixi yerlərə ödənişsiz giriş təmin edilir. Bu təcrübə ilə Avropa vətəndaşları yalnız mədəni irsin zənginliyindən zövq almır, eyni zamanda, indiki və gələcək nəsil üçün onların qorunmasına və vəziyyətinin yaxşılaşdırılması işlərinə fəal şəkildə cəlb olunur. Hər il təxminən 20 milyona yaxın insan bu təşəbbüsdən yararlanır.

Tarix
2014.10.10 / 19:06
Müəllif
Nilufər Muğantürk
Digər xəbərlər

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla