Yuxarı

Artur Rasi-zadə Müdafiə Nazirliyində müşavirə keçirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Artur Rasi-zadə Müdafiə Nazirliyində müşavirə keçirdi

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı cənab İlham Əliyevin sədrliyi ilə 2014-cü ilin doqquz ayının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın nəticələri, ordu quruculuğunun inkişaf etdirilməsi sahəsində qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi ilə əlaqədar Azərbaycanın Baş naziri Artur Rasi-zadənin rəhbərliyi altında bu gün Müdafiə Nazirliyində müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, toplantıda Baş nazirin müavini Abid Şərifov, müdafiə naziri general-polkovnik Zakir Həsənov, müdafiə sənayesi naziri Yavər Camalov, maliyyə naziri Samir Şərifov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, müdafiə nazirinin müavinləri və digər vəzifəli şəxslər iştirak ediblər.

Müşavirədə Silahlı Qüvvələrin təchizatında olan döyüş texnikasının, silah və sursatların modernləşdirilməsi, o cümlədən ordunun müasir, yüksək dəqiqlikli, uzaqvuran silah və sursatlar, yeni texnologiyalı avadanlıqlarla təmin olunması imkanları, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin yaxşılaşdırılması və digər məsələlər müzakirə edilib.

Tarix
2014.10.10 / 19:29
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslərin Şvabe tərəfindən müdafiə olunması...

Paşinyan hansı məntiqlə Rusiyaya icazə verdi?

İlham Əliyev İmaməli Rəhmanı təbrik etdi

Türkiyədən 12 ölkənin İsraillə bağlı qərarına reaksiya

Britaniya hava limanlarında nasazlıq: yüzlərlə reys gecikir

Allahşükür Paşazadənin özəl təyyarəsi var imiş... - Video

Oyuncaq dəstində Azərbaycan və Ermənistan bayrağı - Foto

Minatəmizləmə ilə bağlı tələblər təsdiqləndi

Rəşad Aslanov etimadnaməsini Ərdoğana təqdim etdi

Məmmədov ABŞ-ın Ermənistandakı diplomatını qəbul etdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla