Yuxarı

İranla əməkdaşlıq məsələləri müzakirə edildi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla əməkdaşlıq məsələləri müzakirə edildi - Foto

Bu gün mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ölkəmizdə səfərdə olan İran İslam Respublikasının Radio və Televiziya Təşkilatının sədri İzzətullah Zərqaminin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Mədəniyyət və Turizm Nazirliyindən Axar.az-a məlumat verilib.

Nazir qonaqları salamlayaraq bildirib ki, iki ölkə arasında münasibətlər müsbət istiqamətdə inkişaf edir: "Əminəm ki, münasibətlərimiz bundan sonra bu dinamika ilə davam edəcək. Hər iki ölkənin maraqlarını təmin edən məsələlər birlikdə müzakirə ediləcək".

Səmimi qəbula görə minnətdarlığını ifadə edən İ.Zərqami bu səfərin İran İslam Respublikasının Radio və Televiziya Təşkilatı ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi arasında əməkdaşlığın qurulmasına zəmin olacağını deyib. O, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında məlumat verərək bildirib ki, hər il televiziyada uşaqlar üçün ümumi xronometrajı 20 min dəqiqə olan animasiya filmləri və 400-ə yaxın bədii film istehsal edilir.
Mədəniyyət və incəsənətin digər sahələrində görülən işlər haqqında fikirlərini bölüşən qonaq bu istiqamətdə əməkdaşlığın iki dost ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb.
İ.Zərqami İranda Azərbaycan dillində fəaliyyət göstərən televiziyalar haqqında da məlumat verərək qeyd edib ki, incəsənət sahəsində verilişlər qəlbləri bir-birinə yaxınlaşdırır. İki dövlətin mədəniyyət sahəsində əməkdaşlığı xalqlarımızın mənafeyinə uyğundur.

Ə.Qarayev iki ölkənin mədəniyyətinin oxşarlığının tarixi kökləri olduğunu diqqətə çatdıraraq bildirib ki, hər bir dövrün özü ilə gətirdiyi müsbət hallar olur və hər dövrün xalqların mədəniyyətinin, incəsənətinin inkişafında öz rolu var.

Görüş zamanı mədəniyyətin bir sıra sahələri üzrə əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Tarix
2014.10.10 / 19:50
Müəllif
Axar.az
Digər xəbərlər

İlkin nəticələr açıqlandı: Orban uduzdu

Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini bərpa etdi

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

İran atəşkəsə getməklə taktiki üstünlüyünü itirdi

Paşinyan haqlıdır, onun hakimiyyətə gəlişi... - Politoloq

Bakıda dördüncü görüşün keçirilməsi... - Koçinyan

Yeddi aya yağan yağış iki gündə yağdı - Video

Nifrət nə qədər az olarsa, Bakı ilə sülhə aparan yol... - Aratyan

İrandan Azərbaycana təxliyə olunanların sayı...

Hikmət Hacıyev Ermənistan nümayəndələri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla