Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
24 Fevral 2019


Müavinindən Cəmil Quliyevə ağır ittihamlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İTV-də qalmağımı İsmayıl Ömərov xahiş etmişdi"

"Peşəkarlarla işləmək başqa şeydi"

Xəbər verdiyimiz kimi dünəndən başlayaraq İctimai Televiziya və Radio Yayımları Şirkətində (İTV) "köhnə komandadan" qalan bütün işçilər kütləvi şəkildə vəzifəsindən azad olunur. Bunu müqavilənin vaxtının bitməsi ilə izah edən İTV rəhbərliyi yeni komanda yığmağa hazırlaşır.

Gedənlərin sırasında İTV direktorunun müavini Çingiz Aslanov da var. Belə ki, AzNews.az-a daxil olan məlumatda keçmiş müavinin də işinə son verildiyi, bu gündən işə gəlməmək tapşırıldığı deyilirdi. AzNews.az direktor müavini ilə əlaqə saxlayıb işdə olub-olmadığı ilə maraqlanıb. Ç.Aslanov işə gəldiyini, lakin artıq çıxmağa hazırlaşdığını söyləyib.

Çingiz Aslanov AzNews.az-a açıqlamasinda işdən azad olunmasını müqavilə vaxtının bitməsi ilə əlaqələndirib:

"Düşünürəm ki, müqavilə vaxtım bitib. Ona görə işdən çıxarmaq istəyirlər. Əslində mən çoxdan getmək istəyirdim. İsmayıl Ömərov gedəndən az sonra ərizəmi yazıb azad olunmaq istəyimi bildirmişdim. Lakin İsmayıl Ömərov və bəzi hörmətli şəxslər məndən xahiş etdilər ki, qalıb yeni rəhbərliyə kömək edim. Artıq müstəqil işləyirlər, hamını tanıyırlar. Mən gedə bilərəm".

Ç.Aslanov getməkdə israrlı olmasına da aydınlıq gətirib: "Problem başqadır. Bilirsiniz, peşəkarlarla işləmək başqa şeydir".

AzNews.az-ın "Bəs, indiki rəhbərlik peşəkar deyil?" – sualına cavabında yeni iş metodu ilə razılaşmadığını bildirib: "Onların iş metodu İTV prinsiplərinə uyğun deyil".

Ç.Aslanov bir neçə həftə istirahət edəcəyini və yeni iş barədə sonra düşünəcəyini deyib: "İşdən bu gün azad olunmuşam. Hələlik təklif yoxdur. Bir neçə həftə istirahət etmək istəyirəm".

Tarix
2013.12.03 / 11:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Avropadakı Qarabağ mitinqi ilə bağlı rəsmi açıqlama - Video

Hərbçilərimiz Qarsda yüksək peşəkarlıq nümayiş etdiriblər - Foto

Ramil Usubov Şirvanda qəbul keçirdi

Mehriban Əliyevadan Zəhraya böyük sürpriz - Fotolar

Avtobus problemi: Bir gündə iki qəza, 46 yaralı, 1 ölü...

Ruhaniyə cavab: Nadir və Qacarı satqın farslar zəhərləməsəydi...

Nazarbayevin son addımları: nələr edir? – Ekspert

Paşinyan kartını açdı: Tiflis üçün dəhşətli məqam

ABŞ-ın Qarabağa baxışı: “Bolton planı”nın mahiyyəti nədir?

Ərdoğan-Tramp razılaşması nə vəd edir? – Şərh

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla