Yuxarı

“Kreml Sərkisyanın yerinə namizədini irəli sürdü”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Serj Sərkisyanın missiyası Ermənistanın Gömrük İttifaqına daxil olması ilə başa çatacaq".

Axar. az xəbər verir ki, bu barədə Şərq-Qərb Aradırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu öz Feysbuk hesabında yazıb. Politoloqun sözlərinə görə, İrəvanda Sərkisyanın yerinə öz namizədi olduğunu Kreml müxalifəti açıqladı artıq:

"Kreml müxalifəti İrəvanda Sərkisyanın istefası tələbilə 100 minlik mitinq keçirdi və hətta prezidentliyə yeni namizədini də açıqladı. Bu, vaxtilə Erməni Ümummilli Hərəkatı liderlərinin "Dodi Qaqo" (yəni, Tupoy Qaqo) adlandırıb ələ saldığı "Çiçəklənən Ermənistan" partiyasının sədri Qagik Tsarukyandır. Kirvənin özü də, tərcümeyi halı da müasir dövlət başçısı standartlarının bütün tələblərinə cavab verir: oliqarxdır, deputatdır, Avropa çempionu olub və cəmi ikicə dəfə mühakimə olunub. Onun birində də zorlamaya görə. Ən əsası isə budur ki, dünən bir-birini necə adlandırmalarından asılı olmayaraq, bu gün müttəfiqdilər və hətta Ter Petrosyan bu perspektivli siyasətçiyə görə öz siyasi iddialarından imtina da edib".

Ekspert onu da qeyd edib ki, Ermənistanda hakimiyyət dəyişikliyini uğurla həyata keçirdikdən sonra (bu isə mütləq baş verəcək) Moskva çalışacaq ki, eyni ssenarini Azərbaycana da tətbiq eləsin (bunu da xeyli əvvəl yazmışıq), amma güman eləmirəm ki, bu baş tutan sövdadır: "Ona görə yox ki, Rusiyanın Azərbaycanda alternativ tapmaq imkanı yoxdur. Bu var və Moskvada yaxşı bilirlər ki, Azərbaycanda hakimiyyət əldə etmək naminə əqidəsini gündə 50 dəfə dəyişməyə hazır olan xeyli növbəyə düzülənlər var. Sadəcə, Azərbaycanın iqtisadi cəhətdən Rusiyaya bağlı olmaması bir azca işləri çətinə salır və elə ona görə də bütün vasitələrlə çalışırlar öncə Azərbaycanı Gömrük İttifaqına və Avrasiya İqtisadi Birliyinə cəlb eləsinlər".

Tarix
2014.10.11 / 22:28
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla