Türkiyənin İsparta şəhərində keçmiş prezident Süleyman
Dəmirəlin adını daşıyan muzeyin açılışı olacaq.
Virtualaz.org-un məlumatına görə, "Dəmirəl Külliyatı" da
adlandırılan Süleyman Dəmirəl Demokratiya və İnkişaf Muzeyinin
açılışı oktyabrın 26-na planlaşdırılıb.
Muzeydə S.Dəmirəlin həyatını anladan 6 milyon sənəd və əşya yer
alır. Muzeyin qurulmasına 1994-cü ildən başlanılıb və bu günə qədər
ora 40 milyon lirə xərclənib.
Muzeyin açılışına ABŞ-ın keçmiş prezideni Bill Klinton,
Azərbaycan prezidenti İlham Əliyev kimi liderlərin qatılması
gözlənilir. Bildirilir ki, Azərbaycan prezidenti açılışda iştirak
etməyə artıq razılıq verib.
Muzeyin açılışı üçün Dəmirəl ailəsi genişmiqyaslı proqram
hazırlayıb. Açılışda Türkiyənin siyasi partiya liderləri, o
cümlədən Dövlət Baxçalı, Kamal Kılıcdaroğlu da iştirak edəcək.