Yuxarı

Baş məşqçilər danışdı: “Diqqətli olmalıyıq”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Baş məşqçilər danışdı: “Diqqətli olmalıyıq”

Xorvatiya-Azərbaycan matçından əvvəl hər iki seçmənin baş məşqçisi mətbuat konfransı keçirib.

Axar.az xəbər verir ki, xorvat mütəxəssis Niko Kovaç bunları söyləyib: "Azərbaycan yığmasını taktiki cəhətdən incələmişik. Amma bu haqda burda danışmaq istəmirəm".

Kovaç yığmamızın əks-hücumlarda təhlükəli ola biləcəyini qeyd edib:

"Azərbaycan yaxşı müdafiə olunmağı bacarır. Bizi əks-hücumlarda yaxalamağa çalışacaqlar. Ona görə də diqqətli olmalıyıq. Berti Foqtsun sözlərinə mən də qatılıram. 2 gündən bir oyun keçirmək bizim üçün də ağırdır. Amma buna öyrəşməliyik. Biz bu 2 oyundan 6 xal götürməyi qarşımıza məqsəd kimi qoymuşduq. Azərbaycanla oyun yeni bir matçdır. Bolqarıstanla matçı unudub sabahkı oyuna köklənməliyk".

Millimizin baş məşqçisi Berti Foqts isə bildirib ki, rəqibə qarşı oynamaq çətin olacaq:

"İtaliya ilə oyundan sonra bərpa prosesi keçdik. Bu gün 1 məşq oldu. Əlimizdən gələni edəcəyik ki, yaxşı mübarizə aparaq. Xorvatiya yığması belə bir hala öyrəşib. Onlar Avropanın top komandalarında çıxış edirlər. 2 gündən bir oyun keçirə bilirlər. Bolqarıstan və İtaliya ilə oyunlarda son dəqiqələrdə top buraxmışıq. Bunu mən 7 il ərzində düzəldə bilmərəm. Bu, klublarda həll olunmalıdır".

Qeyd edək ki, Xorvatiya – Azərbaycan oyunu sabah Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Tarix
2014.10.13 / 08:00
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

"Yandeks Ermənistan" rəhbərinin Qarabağ izi...

Baş nazirdən "Bakıbus" MMC ilə bağlı qərar

Daxili İşlər Nazirliyinə yeni vəzifə verildi

Açıq deyin ki, ölənlər günahkardır, “Şəki yaylası” isə "mələk"...

Alkoqollu içkilər üçün gömrük rüsumu dəyişdi

Səfir Bakıdakı gizli görüşdən danışdı

Qərar verildi: Ölkədə kök hüceyrə köçürülməsinə başlanılır

Gömrükdən keçirilən maşınlarla bağlı yeni qaydalar

“Azerbaijan Open 2026”: Qaliblərin adı bəlli oldu - Foto

Bakı və Daşkənd arasında qərargah danışıqları keçirildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla