Yuxarı

Eldar Namazov Milli Şuradan getməsiylə bağlı danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın İcra Aparatının rəhbəri Eldar Namazov vəzifəsindən getmək niyyətindədir.

Bu barədə siyasətçi "Axar.az"a özü məlumat verib. Kiyev şəhərində səfərdə olan Eldar Namazov Milli Şuranın istefa vermək üzrə olan sədri Rüstəm İbrahimbəyovla məsləhətləşmələr apardığını da dedi:

"Milli Şura üzvlüyündən çıxmağımdan söhbət getmir. Ancaq İcra Aparatının rəhbəri vəzifəsində qalıcı olmaq da düzgün deyil. Çünki bu qurumda El hərəkatı ilə yanaşı, 2 böyük partiya da təmsil olunub və onların da icra aparatında təmsil olunmaq haqqı var".

Siyasətçi qurumdakı təmsilçilikdən getmək istəməsinin səbəbləri sırasında Milli Şuradakı vəzifələrin daimi olmamasını göstərdi. Bundan başqa, Eldar Namazov Milli Şuranın 2-ci adamı postunu tərk etməsini işlərinin çoxluğu ilə də əlaqəsi olduğunu dedi:

"Bildiyiniz kimi, Milli Şura ilə bərabər, Ziyalılar Forumu və El Hərəkatında rəhbər vəzifədəyəm. İşlərin çoxluğu imkan vermirsə, deməli, Milli Şuradakı vəzifəmi orda təmsil olunan 2 partiyadan olan dostlarla paylaşmalıyam. Bu, çox təbii bir şeydir. Bununla bağlı Rüstəm müəllimlə də məsləhətləşmələr aparmışıq. Demişəm ki, Cəmil bəylə danışıb özləri mənim yerimə bir nəfər razılaşdırsınlar və həmin şəxs İcra Aparatının rəhbəri olsun. Bu təklifimi Rüstəm müəllim də müsbət qarşılayıb. Ancaq bir də təkrar edirəm ki, indiki vəziyyətdə Milli Şura üzvlüyündən getməkdən söhbət belə gedə bilməz".

Tarix
2013.12.03 / 12:48
Müəllif
Tural Qurbanlı
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu Qazaxın kəndlərindən çəkildi

Yeni sübutlar var: ermənilər tələlər quraşdırıb

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla