Yuxarı

Ekspert: “Rusiyanın tək seçimi Azərbaycandır”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cənubi Qafqazda bloklar yaranır. Bir tərəfdə Azərbaycan, Gürcüstan və Türkiyə, digər tərəfdə isə Rusiya və Ermənistan. Moskva bu cür blokların yaranmasına qarşı çıxır".

Axar.az xəbər verir ki, bunu Rusiya Müdafiə Naziri Serqey Şoyqunun Bakıya səfərini şərh edərkən İctimai Siyasi Araşdırmalar Mərkəzinin direktoru Vladimir Yevseyev "vestikavakaza.ru"ya açıqlamasında deyib. Onun sözlərinə görə, Şoyqunun Bakıya səfəri hərbi əlaqələrlə yanaşı, iqtisadi əlaqələrin də inkişafına kömək edəcək:

"İki ölkə birgə təlimlər keçirdi. Rus hərbi akademiyalarında Azərbaycan zabitləri təlim görürlər. Rusiya Azərbaycanla geniş hərbi əməkdaşlıq etmək istəyir. Şoyqunun Bakıya səfəri siyasi əhəmiyyətli də ola bilər. Naxçıvanda hərbi əməkdaşlığın gücləndirilməsi istiqamətində Azərbaycan, Gürcüstan və Türkiyə müdafiə nazirlərinin görüşü oldu. Rusiya bu qrupdan özünə dost axtarır. Rusiya ilə Türkiyə arasında hərbi əməkdaşlıq mümkün deyil. Çünki Türkiyə NATO-nun üzvüdür. Gürcüstandakı məlum hadisələrdən dolayı bu ölkə ilə də əməkdaşlıq ola bilməz. Bu üç ölkədən Rusiya ilə hərbi əməkdaşlığını inkişaf etdirə biləcək yeganə dövlət Azərbaycandır. Cənubi Qafqazda bloklar yaranır. Bir tərəfdə Azərbaycan, Gürcüstan və Türkiyə, digər tərəfdə isə Rusiya və Ermənistan. Moskva bu cür blokların yaranmasına qarşı çıxır".

Tarix
2014.10.14 / 22:27
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla