15:55
Nikolay Azarov
Avromeydanın
dağıdılmasında güc tətbiq edildiyinə görə üzr istəyib.
"Axar.az" məlumat verir ki, bu barədə baş nazir
Radada çıxışı zamanı deyib.
O, baş verən hadisələrə görə özü və prezidentin üzrünün qəbul
edilməsini istəyib:
"Mən hökumətin adından hüquq mühafizə orqanlarının Maydanda
törətdikləri hadisələrə görə üzr istəyirəm. Bu hadisələrə görə
hökumət və prezident təəssüf hissi keçirir".
16:00
Ukrayna Radası hökuməti istefaya göndərə
bilməyib.
"Axar.az" məlumat verir ki, bunun üçün
parlamentdə tələb olunan səslərin hamısı toplana bilməyib.
Nikolay Azarovun istefaya göndərilməsinə yalnız 186 deputat səs
verib.
Qeyd edək ki, N.Azarovun vəzifədən çıxarılması ilə bağlı qanun
layihəsinin qəbul olunması üçün minimum 226 səs tələb olunurdu.