Yuxarı

İlham Əliyev və xanımı Bakı Olimpiya Stadionuna gəldi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa Oyunları üzrə Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva oktyabrın 15-də Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olublar.

Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı məlumat yayıb.

Ölkəmizdə idmana göstərilən yüksək dövlət qayğısı nəticəsində digər sahələrdə olduğu kimi, son illər bu sahədə də sürətli inkişafa nail olunub. Artıq Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinin ölkəmizdə keçirilməsi ilə bağlı qərarın qəbul edilməsi bunun daha bir əyani göstəricisidir.

İlk Avropa Oyunlarına hazırlıq işlərini dövlətimizin başçısı və Azərbaycanın birinci xanımı daim diqqət mərkəzində saxlayırlar. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva müxtəlif idman yarışlarının keçirilməsi üçün nəzərdə tutulan Bakı Olimpiya Stadionunda inşaat işlərinin gedişi ilə mütəmadi olaraq maraqlanır, işlərin vaxtında və yüksək keyfiyyətlə həyata keçirilməsi ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verirlər.

Dövlətimizin başçısı və xanımı Bakı Olimpiya Stadionunda ayrı-ayrı inşaat sahələrini gəzdilər, görülən işlərlə yerindəcə tanış oldular. Prezident İlham Əliyevə ötən müddətdə görülən işlər barədə ətraflı məlumat verilib.
Tikinti işlərinin gedişi ilə tanış olan dövlətimizin başçısı müvafiq tapşırıq və tövsiyələrini verib.

Tarix
2014.10.15 / 19:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla