Yuxarı

“Milli Məclisin sədri hələ də bilmir ki…” – Fazil Mustafa

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür.

"Axar.az" xəbər verir ki, bunu deputat Fazil Mustafa bu gün Milli Məclisin plenar iclasında sədr Oqtay Əsədovla aralarındakı mübahisəni şərh edərkən bildirib. O deyib ki, Milli Məclisdə müzakirələr zamanı mənim çıxışa yazılmadığım tək bir məsələdə müzakirələr dayandırılıb: "Növbəti məsələdə söz alarkən bildirdim ki, deyəsən, mən çıxışa yazılmayanda müzakirələri dayandırırsınız.

Cavabında isə Milli Məclisin sədri əsəbi şəkildə bildirdi ki, özünü yüksək qiymətləndirirsən, digər deputatları aşağılayırsan. Cavabım o oldu ki, bunu özündənrazılığa görə deyil, zarafat olaraq vurğuladım. Və spikerə kobudluq etməməyi tövsiyyə etdim. Cavabında isə mənimlə zarafatının olmadığını, danışığıma fikir verməyimi bildirdi".

F.Mustafa qeyd edib ki, Milli Məclisin sədri hələ də bilmir ki, deputatın istənilən məsələ ilə bağlı replika hüququ və hətta ciddi, yaxud da yumorla sözünü ifadə etmək haqqı var: "Bu halda isə heç kəsə, o cümlədən parlamentin sədrinə deputatın sözünü kəsməyə və onunla kobud danışmağa səlahiyyət verilmir. Həm də anlaşılmadı ki, bu sözlərlə mən kimi aşağılamışam.

Əsl aşağılanan müzakirəyə yazıldığı halda danışmaqdan məhrum edilən deputatlardır. Bunu isə Milli Məclisin sədri dəfələrlə edir. Hesab edirəm ki, hörmətli Oqtay Əsədovun Milli Məclisin fəaliyyətini öz əhval-ruhiyyəsinə və iş rejiminə uyğunlaşdırmasını ancaq zarafatla yola vermək mümkündür".

Tarix
2013.12.03 / 17:16
Müəllif
Hüseyn
Şərhlər
Digər xəbərlər

Vardanyanın maliyyələşdirdiyi bu “institut”... - İcma

Ermənistanla Azərbaycan arasında beynəlxalq sərhəd...

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki... - Video

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla