Yuxarı

Bakı Qarabağı istəyir, İrəvan isə dalında... - Martınov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Qafqazdakı koordinasiya mərkəzini Gürcüstandan Ermənistana köçürür.

Teleqraf.com xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq Aleksey Martınov çıxış edib.

Ekspertin sözlərinə görə, ABŞ SSRİ-nin dağılmasından sonra keçmiş sovet coğrafiyasına nəzarəti ələ keçirmək üçün bütün infrastukturu qurub:

“Amerika prezidentinin müşaviri Bolton Ermənistanda olarkən Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanla qarşıdurma və Türkiyə ilə sərhədlərin bağlaması məsələləri ətrafında apardığı müzakirələri ictimaiyyətə açıqlamadı. Ermənistanın “yeni hökuməti” də bu məsələlər ətrafında hansı anlaşmanın olduğunu demədi.

Başqa sözlə, ABŞ-ın koordinasiya mərkəzi Gürcüstandan Ermənistana köçürülür. Amerikalılar bunu bölgədə bitərəf mövqedə dayanmış Azərbaycan vasitəsilə edə bilməzdi, amma Gürcüstan üzərindən edə bilərlər. Yəni, Ermənistan ABŞ-a həm Rusiya, həm də Türkiyəyə təzyiq etməyə icazə verəcək”.

Aleksey Martınov İrəvanın Ermənistan-Azərbaycan münaqişəsinin həll prosesini çətinləşdirdiyinə diqqət çəkib:

“Nikol Paşinyan bir yandan Qarabağla bağlı yaranmış həll mexanizmini dağıdır, bir yandan da Azərbaycanı təhdid edir. Sözün açığı, bu qarışıq vəzifəyə görə Paşinyan Qərbin hökumətə bağlı fondlarına güvənir. Bu, onun ən yaxşı bildiyi işdir. Boltona bütün bunları verə bilir, ya da verəcəyini vəd edir. Bu, qırmızı rəng görmüş buğanın etdiyi hərəkətdir.

Azərbaycan təkidlə Qarabağ münaqişəsinin həllinə çalışır. Ermənilər isə yaşıl bığları ilə arxalarında kimin dayandığını unutmağa başlayıb. Təsəvvür edin ki, Türkiyə 20 ildən çoxdur sərhədlərini Ermənistana bağlayıb. Bu, həmin sərhədlərdir ki, onu Rusiya mühafizə edir. Bolton isə qəti şəkildə iddia edir ki, sərhədlər açılacaq.

Hesab edirəm ki, bu, ABŞ-ın dəstəklədiyi parlament seçkilərində qələbə qazanan Paşinyanın həll etməyə çalışacağı əsas məsələ olacaq.

Amerika Paşinyana buna oxşar vəzifələrdən birini də İranla bağlı verib. Lakin cırtdan bir ölkənin baş naziri bunun hansı vəzifə olduğunu heç vaxt deməyəcək”.

Tarix
2018.11.05 / 23:36
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla