Yuxarı

Türkiyə dolları qəsdən ucuzlaşdırmır - Maraqlı faktlar

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İstənilən istehsalçı və turizmlə bağlı gələcək planları olan ölkənin marağı olur ki, milli valyutası tam möhkəmlənməsin. Yəni milli valyutanın möhkəmlənməsi yerli istehsalın zəifləməsinə, turizm axınının azalmasına səbəb olur.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. O bildirib ki, qardaş ölkə Türkiyədə də əsas aparıcı və ilk üçlükdə qərarlaşan sektor turizmdir:

“Nə qədər qəribə olsa da, bir misalla bunu izah etmək daha asan olar. Avqust-sentyabr ayları lirənin ən çətin, ağır dövrü idi. Hətta tarixi rekord həddinə qədər lirə dollar qarşısında ucuzlaşdı. Ancaq həmin dövrü keçən ilin eyni dövrü ilə müqayisə etsək, turizm axınında 18% artım oldu. Türk lirəsinin ucuzlaşması turizmə marağı artırdı. Yəni müxtəlif valyuta ilə ölkəyə gələn xarici turistlər öz valyutalarını daha sərfəli şərtlərlə türk lirəsinə dəyişərək ödənişlər edib, daha sərfəli alış-veriş və turizm xidmətlərindən istifadə etməyə başladı. Bu anlamda təbii ki, türk lirəsinin kəskin möhkəmlənməsi Türkiyə hökumətinin hədəfində deyil. Amma əsas hədəf lirənin məzənnəsində oynaqlığın aradan qaldırılmasıdır”.

İqtisadçı qeyd edib ki, ABŞ ilə münasibətlərin kəskinləşməsi türk lirəsinə çox ziyan vurmuşdu:

“İndi vəziyyət normallaşsa da, bu gün 1 dollar 5,42 lirədir. Bu da son 5 ildə lirənin 2 dəfədən çox dəyərdən düşdüyünü göstərir. Yəni lirənin məzənnəsi hələ istənilən səviyyəyə çatmayıb.

Amma Türkiyə tərəfindən atılan addımlardan da görünən odur ki, hökumət bundan sonra da lirənin möhkəmlənməsinin qarşısını alacaq. Bunun üçün obyektiv səbəblər də var. ABŞ ilə münasibətlərin kəskinləşməsi bazara psixoloji təsirləri artırmışdı. Amma burada təbii proseslər də var. Məsələn, Türkiyə özəl sektorunun, banklarının xarici borcu kifayət qədər böyükdür. Söhbət təqribən 470-480 milyard dollardan gedir ki, bunların da yaxın 1 ildə təqribən yarısı geri qaytarılmalıdır. Bu artıq türk lirəsinə qarşı ciddi iqtisadi basqıların artmasına səbəb olacaq və türk lirəsinin kəskin möhkəmlənməsinin, bahalaşmasının qarşısını alan faktora çevriləcək. Ona görə də düşünürəm ki, türk lirəsinin indiki vəziyyətdə olması Türkiyə hökuməti üçün pis deyil”.

İqtisadçı vurğulayıb ki, türk lirəsinin möhkəmlənməsi ixracat potensialını zəiflədəcək:

“Bu da ticarət balansında mənfi saldonun artmasına səbəb ola bilər. Ona görə də düşünürəm ki, hələ uzun zaman Türkiyə hökumətinin əsas hədəfi indiki məzənnə sabitliyinə nail olmaqdır. Yəni məzənnədə çox ciddi oynaqlıq olmamalıdır. Çünki son 2 aya baxdıqda dəyişikliklər fantastik faizlərlə ölçülür. Bir dollar 7 lirəyə qədər bahalaşmışdı. İndi bu rəqəm 5,4 lirə civarındadır. Yəni qısa müddət ərzində 1,6 lirəli oynaqlığın olması iqtisadiyyata ziyan vuran faktordur. Əsas hədəf sabitliyə nail olmaqdır. Hökumət təqribən 1 dolların 5,5-5,6 lirə səviyyəsində məzənnəsinin sabitləşməsini istəyir. Bu ətrafda dolların dəyişməsi və kəskin artımların olmamasına nail olmaq hədəflənib. Çox güman ki, Türkiyə hökuməti bu yöndə addımlarını genişləndirəcək. Türk lirəsinin kəskin ucuzlaşması və bahalşmasının qarşısını alacaq addımlar atılacaq. Bu da Türkiyə iqtisadiyyatına müsbət təsir göstərə bilər. Yəni türk lirəsi indiki səviyyələrdə qalsa, bu, həm turizm, həm də ixracat üçün münbit şəraitin yaranmasına səbəb ola bilər”.

İqtisadçının sözlərinə görə, 4 ay bundan öncə Türkiyənin ticarət dövriyyəsində mənfi saldo hər ay təqribən 5-6 milyard dollar civarında idi:

“Amma sentyabr-oktyabr aylarına nəzər saldıqda burada sabitləşmənin yaranmasını gördük. Hətta oktyabr ayında ticarət balansında müsbət saldo yarandı. Bunun səbəbi təkcə türk lirəsi ilə bağlı deyil. Ölkəyə ixrac olunan məhsulların azalmasının səbəblərindən biri də Türkiyə vətəndaşlarının alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Həm də onlar gözləmə mövqeyi seçdilər. Ölkəyə gətirilən malların, məhsulların həcminin azalması ölkə daxilində ticarət dövriyyəsini zəiflədib. Yəni türk alıcısı, vətəndaşları, istehlakçısı daha çox gözləmə mövqeyi tutdular ki, qiymətlər sabitləşsin. Çünki ölkədə qiymətlər tez-tez dəyişir. Bu, əslində o qədər də yaxşı hal deyil. O mənada ki, ölkə daxilində ticarət dövriyyəsinin, ticarətin həcminin azalması vergilərin, bu işlə məşğul olan özəl sektorun gəlirlərinin azalmasına səbəb olur. Burada qızıl orta prinsipi olmalıdır. Yəni elə olmalıdır ki, həm ölkə daxilində iqtisadiyyatın çarxları dönsün və bu, iqtisadi artıma səbəb olsun”.

Tarix
2018.11.07 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Sülhməramlıların texnikalarının ilk partiyası... - Video

İsrailin İrana zərbəsi: Uçuşlar dayandırıldı

Pənahov Maldivə getdi: Seçkiləri müşahidə edəcək

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla