Yuxarı

Ermənilərdən gözlənilən xəyanət: İrana qarşı hərbi cəbhə...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb.

Bu sözləri Axar.az-a “Baku Netvörk” Ekspert Şurasının rəhbəri, fəlsəfə doktoru Elxan Ələsgərov deyib. Politoloq bunu Boltonun Cənubi Qafqaza səfəri və orada İranla bağlı gedən müzakirələrin nəticəsi kimi gördüyünü deyib:

“Ümumiyyətlə, sanksiyalar ABŞ-ın İrana qarşı siyasətinin sadəcə ilkin mərhələsi idi. ABŞ-ın İrana qarşı siyasətinin əsas və yeni mərhələsi başlayır. Belə ki, ABŞ sanksiyalardan sonra indi də İranla bağlı hərbi hazırlıqlara başlayıb. Hazırda ABŞ-ın bu siyasətinin cizgilərini Suriyada, Ermənistanda və digər ölkələrdə görməkdəyik. ABŞ-ın İranı cənub, şərq və qərbdən əhatə edən müttəfiqləri - Əfqanıstan, İraq və Körfəz ölkələri onsuz da Vaşinqtonun siyasətini dəstəkləyirlər. Belə olan halda İrana bu ölkənin şimal sərhədi Ermənistan üzərindən nəzarət etmək qalır. Üstəlik, Ermənistandakı durum da ABŞ-a həmin istiqamətdən İrana qarşı imkanlar əldə etməyə böyük fürsət verir. Birincisi, Ermənistanda hazırda qərbyönümlü qrantlarla maliyyələşən kütlə çevrilişlə hakimiyyətə gələn dövlət başçısını seçməyə hazırlaşır. İkincisi, təcrübəsiz Paşinyan çaşqın bəyanatlar verməkdə davam edir. Üçüncüsü, Ermənistan maliyyə baxımından böhranlı vəziyyətdədir. Bu fonda Ermənistanın pulla alınması olduqca asan bir məsələyə çevrilir”.

Politoloq Ermənistandan Qarabağa üçüncü avtomobil yolunun çəkilməsinin də məhz eyni məqsədə xidmət etdiyini bildirib:

“Bu yolun İranla sərhədin yaxınlığından keçməsi təsadüf deyil. Çünki sözügedən yol hərbi baxımdan Qarabağda erməni birləşmələrinə heç nə vəd etmir. Digər tərəfdən, Zəngilan tərəfdən çəkiləcək bu yol heç yaşayış üçün də nəzərdə tutulmayıb. Çünki həmin ərazidə yaşayış məntəqələri yoxdur. Bütün bunlar yalnız bir mətləbdən xəbər verir. Belə ki, sözügedən yoldan məhz İrana qarşı plasdarm, yaxud da hərbi bölgə məqsədilə istifadə ediləcək. Görünür, Ermənistan Dağlıq Qarabağda hansısa dövlətlərin hərbi birləşmələrinin yerləşməsinə icazə verib. Həmin bölgədəki mövcud şərait də gələcək hərbi əməliyyatlarda Ermənistan üzərindən İrana qarşı istifadə üçün yaralıdır. Nəzərə alsaq ki, Ermənistanda ASALA və Melkonyanın terror dəstələri var, bu mənada Paşinyanın həmin qüvvələri Dağlıq Qarabağdakı terrorçularla əlaqələndirmək istəyi heç də səbəbsiz deyil”.

Tarix
2018.11.07 / 09:00
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla