Yuxarı

Bakı ilə Varşava arasında siyasi məsləhətləşmə... - XİN

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda Azərbaycan və Polşa xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

XİN-dən Axar.az-a verilən məlumata görə, nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Polşa tərəfindən isə Xarici İşlər Nazirliyinin təhlükəsizlik, şərq siyasəti və Amerika siyasəti üzrə dövlət katibinin müavini (nazir müavini) Bartoş Çixotski rəhbərlik ediblər.

Qonaqları salamlayan nazir müavini X.Xələfov Azərbaycan və Polşa arasındakı münasibətlərin strateji tərəfdaşlıq xarakteri daşıdığını bildirərək müntəzəm olaraq keçirilən siyasi məsləhətləşmələrin ikitərəfli və çoxtərəfli əlaqələrin daha da inkişafı baxımından faydalı olduğunu qeyd edib.

İqtisadi sahədə əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi üçün geniş imkanların olduğunu bildirən X.Xələfov Azərbaycan və Polşa arasında ticarət dövriyyəsinin iki ölkənin potensialına uyğun olmadığını və mövcud imkanlardan tam istifadə edilməsinin zəruriliyini vurğulayıb.

B.Çixotski XİN-lərarası siyasi məsləhətləşmələrin Polşanın müstəqilliyinin bərpa etməsinin 100 illiyi ərəfəsinə təsadüf etməsindən məmnunluğunu bildirib. İqtisadi əlaqələrin inkişafı məqsədilə iki ölkənin işgüzar dairələri arasında təmasların artırılması istiqamətində biznes forumların keçirilməsinin vacibliyini diqqətə çatdırıb.

Bu xüsusda nazir müavinləri Azərbaycan Respublikası və Polşa Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın vacib bir mexanizm olduğunu vurğulayaraq tezliklə sözügedən komissiyanın növbəti iclasının keçirilməsinin əhəmiyyətini qeyd etdilər.

Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan tərəflər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2017-ci ilin 26-28 iyun tarixlərində Polşa Respublikasına rəsmi səfərinin nəticələrini yüksək qiymətləndiriblər. Polşa Respublikasının Prezidenti Andjey Dudanın ölkəmizə nəzərdə tutulan rəsmi səfərinin ölkələr arasında əlaqələrin daha da genişləndirilməsinə təkan verəcəyinə əminliklərini vurğulayıblar.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məsələ müzakirə edilib. B.Çixotski ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin çoxtərəfli mexanizmlər çərçivəsində dinc yolla Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində nizama salınması üzrə mövqeyinin dəyişilməz olduğunu vurğulayıb. X.Xələfov münaqişəsinin həll edilməsinə dair Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyinə görə Polşa tərəfinə təşəkkürünü ifadə edib.

X.Xələfov ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm nəqliyyat, infrastruktur, enerji, kənd təsərrüfatı, turizm, sənaye və s layihələri haqqında həmsöhbətinə məlumat verərək Polşa şirkətlərinin sözügedən layihələrdə daha fəal iştirakının arzulandığını diqqətə çatdırıb.

Nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığa toxunaraq Azərbaycan-Aİ, Azərbaycan-NATO münasibətlərinin ölkəmizin xarici siyasət prioritetlərindən biri olaraq qaldığını qarşı tərəfin diqqətinə çatdırıb və sözügedən təşkilatlarda Polşa tərəfinin dəstəyinə görə məmnunluğunu bildirib.

X.Xələfov Azərbaycanın NATO üzv ölkələri ilə yalnız sözügedən təşkilat çərçivəsində deyil, həmçinin ikitərəfli formatda hərbi-texniki əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.

B.Çixotski Əfqanistanda Azərbaycanın sülhməramlı qüvvələrinin artırılmasının və beynəlxalq təhlükəsizliyə verdiyi töhfənin NATO üzv ölkələri tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Görüş zamanı həmçinin qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Tarix
2018.11.07 / 19:40
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla