Yuxarı

Siyavuş Novruzovdan Naxçıvanla bağlı maraqlı təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Siyavuş Novruzovdan Naxçıvanla bağlı maraqlı təklif

Millət vəkili Siyavuş Novruzov Naxçıvan Muxtar Respublikasının 90 illiyi münasibətilə müəyyən addımlar atılmasının zəruruliyini bildirib.

Trend-in məlumatına görə, S.Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib: "Bildiyiniz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə bu il Naxçıvan Muxtar Respublikasının 90 illiyi geniş şəkildə qeyd olunur. Bu il həm də müstəqillik tariximizin ildönümünün qeyd edildiyini nəzərə alaraq, addımlar atılmalıdır. Tarixə nəzər salsaq görərik ki, müstəqilliyə gedən yolun əsası Naxçıvan MR-dən başlayıb. Ümummilli lider Heydər Əliyev orada Ali Məclisin sədri olan dövrdə ilk dəfə Sovet Sosialist Respublikası sözü həmin şəhərin ali məclisindən çıxarılıb. Eyni zamanda, Azərbaycanın üçrəngli bayrağı məhz Naxçıvanda qaldırılıb. Həmrəylik Günü də məhz orada elan edilib və Milli Məclisdə də bu məsələyə baxılaraq qəbul edilib".

Millət vəkili xatırladıb ki, Leninqrada (hazırkı Sankt-Peterburq) o vaxt 4 illik blokadasına görə qəhrəman şəhər statusu verildi: "Hesab edirəm ki, Leninqrad 4 il blokadada qalaraq bu statusu alıbsa, Naxçıvan 24 ildir blokadada yaşayır. Bu baxımdan, bu il Naxçıvanın 90 illiyi, həm də müstəqilliyimizin ildönümünü nəzərə alaraq, parlamentdə məsləhətləşmələr aparıb Naxçıvan haqqında hər hansı bir qərar qəbul etməyinizi təklif edirəm. Bu da Naxçıvanın daha da güclənməsinə bir töhfə olar".

Tarix
2014.10.17 / 12:59
Müəllif
Axar.az
Digər xəbərlər

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

Orta aylıq əmək haqqı nə qədər artacaq?

Ölkədə bəzi dövlət müəssisələri ləğv oluna bilər

Türkiyə İsrail üçün yeni bir İrandır... - Qal

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla