Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2019


DTX-nin hərbi hissəsində gənc əsgərlərin andiçməsi... - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oğlu Heydər Əliyevin xidmət etdiyi Dövlət Təhlükəsizlik Xidmətinin N saylı hərbi hissəsində gənc əsgərlərin növbəti qrupu vətənə sədaqət andı qəbul edib.

Axar.az xəbər verir ki, DTX-nin N saylı hərbi hissəsində gənc əsgərlərin vətənə sədaqət andı içmələrinə həsr olunmuş növbəti təntənəli tədbirin iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin əziz xatirəsini ehtiramla yad ediblər, abidəsi önünə əklil qoyublar.

Sonra döyüş bayrağı sıra meydanına gətirilib.

Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub və dövlət himni səsləndirilib.

Daha sonra gənc əsgərlər təntənəli surətdə hərbi and içiblər.

Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev Ali Baş Komandan İlham Əliyevin adından hərbi hissənin şəxsi heyətini və valideynləri təbrik edib, zabit və əsgərlərə vətəni müdafiə etmək kimi şərəfli və məsuliyyətli xidmətlərində uğurlar arzulayıb. Müasir Azərbaycanın banisi ümummilli lider Heydər Əliyevin dövlət müstəqilliyinin qorunmasında göstərdiyi misilsiz xidmətlərdən danışan general-polkovnik Mədət Quliyev qeyd edib ki, Prezident İlham Əliyevin müdrik rəhbərliyi ilə həyata keçirilən uzaqgörən və məqsədyönlü siyasət nəticəsində regionun lider dövləti olan Azərbaycan uğurla inkişaf edir, sarsılmaz xalq-iqtidar birliyi sayəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artır, təhlükəsizlik təmin olunur. Qarşıda ölkəmizin ərazi bütövlüyünün bərpası kimi ən mühüm vəzifənin durduğunu qeyd edən Mədət Quliyev vurğulayıb ki, bu məsələdə hər bir Azərbaycan vətəndaşı, o cümlədən Azərbaycan əsgəri üzərinə düşən vəzifələri yüksək səviyyədə icra etməyə borcludur.

Andiçmədən sonra Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçuları və gənc əsgərlər hərbi marşın sədaları altında təntənəli surətdə tribuna önündən keçiblər.

Qeyd edək ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər respublikanın müdafiə qabiliyyətini durmadan möhkəmləndirir, Silahlı Qüvvələrin hərbi-texniki potensialını gücləndirir. Təsadüfi deyil ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasındadır. Bütün bunlar dövlət səviyyəsində ordu quruculuğunda aparılan məqsədyönlü siyasətin nəticəsidir. Ölkəmizdə gənclər arasında hərbi-vətənpərvərlik ruhu da çox yüksəkdir. Müasir Azərbaycan Ordusunda xidmətləri ilə fəxr edən gənclərimiz Vətən uğrunda canlarından belə keçməyə hazırdırlar.

Tarix
2018.11.10 / 20:12
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezidentin bu qurumu ləğv etməsinin - Səbəbi

Bu görüş Qarabağla bağlı ümidimizi artırır - Gəncəliyev

Ad günündə geri çağırılan səfirimiz kimin oğludur? – Dosye

Bakı bununla mühüm nailiyyətlər əldə edə bildi - Deputat

Fərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - Fərman

İlham Əliyev Nikola Sarkozini qəbul etdi - Foto

Gizir hazırlığı kursuna qəbul olmaq istəyənlərin - Nəzərinə

Yazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şok

İslahatların yeni mərhələsi başladı: Bu qurumlar birləşə bilər

Nazirliyin ləğvi səbəbi: “Azərsilah” buna görə yaradıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla