Yuxarı

Paşinyanın Astanada “vurulma” səbəbi - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Astana görüşünün nəticələri Ermənistanın KTMT-dəki fəaliyyətinin tam iflası oldu.

Bu sözləri Axar.az-a açıqlamasında KTMT ölkələri liderlərinin Astana görüşünü şərh edən rusiyalı politoloq Yevgeni Mixaylov deyib.

“Bu haqda əvvəllər hətta ağlımızdan da keçməzdi. Bütün hallarda Ermənistan aprel hadisələrinə qədər Rusiyanın bir çox sahələrdə tamhüquqlu müttəfiqi sayılırdı”, - Mixaylov bildirib.

Konfliktoloq qeyd edib ki, bugünkü gün daxili siyasi qeyri-sabitlik və diplomatik nöqsanlar səbəbindən Ermənistanın təsiri KTMT-nin digər üzvləri tərəfindən faktiki olaraq sıfra endirilib.

“Xaçaturovun digər erməni namizədlə əvəzlənməsindən imtina edilməsinin başlıca səbəbi budur ki, Ermənistanın hara istiqamətləndiyi bəlli deyil. Əgər o, Qərbə istiqamət alacaqsa, onda təşkilatda əsas rol oynayan Rusiyanın maraqlarının satılmasını müşahidə edə bilərik”, - ekspert vurğulayıb.

Rusiyalı politoloq qeyd edib ki, Ermənistanda Rusiya və Belarus əleyhinə provokasiya hər an mümkündür:
“Çünki biz vaxtaşırı olaraq Ermənistandan Azərbaycanın Rusiya və Belarusdan silah alması ilə bağlı narazılıq müşahidə edirik və bu istiqamətdə neqativ informasiyalar yayılır”.

Tarix
2018.11.11 / 10:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

BƏM-də iclas: Azərbaycan Ermənistana qarşı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla