Yuxarı

XİN: "İşçi qrupun heç bir siyasi qüvvəsi yoxdur"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
XİN: "İşçi qrupun heç bir siyasi qüvvəsi yoxdur"

Azərbaycanın işğal olunmuş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejim üzrə "işçi qrup" yaradılması Avropa Parlamentinin 23 oktyabr 2013-cü il və 17 aprel 2014-cü il tarixli qətnamələrinə tamamilə ziddir.

Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib. Onun sözlərinə görə, qeyd olunan sənədlərdə Azərbaycan və bütün Şərq Tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyünün birmənalı dəstəklənməsi ifadə olunduğu halda, ermənipərəst deputatlar Frank Engel və Eleni Teokarus tərəfindən "işçi qrup"un heç bir siyasi qüvvəsi yoxdur.

"Hər hansı rəsmi statusa malik olmayan, Ermənistan və erməni diasporunun təsiri altında olan bu şəxslərin özfəaliyyəti nəticəsində bu "işçi qrup"un yaradılması Avropa Parlamentinin mövqeyi ilə ziddiyyət təşkil edir. Məsələ ilə əlaqədar Avropa Parlamentinə sorğu ünvanlanıb. Avropa Parlamentindən KİV-ə verilən məlumatda sözügedən məsələnin olsa-olsa Avropa Parlamenti daxili qrup ("inter-group") ola biləcəyi ehtimal edilib. Beləliklə, sözügedən "qrup"un Avropa parlamentində səsvermə yolu ilə yaradılmadığı təsdiq olunub".

Bu fakt bir daha ona dəlalət edir ki, həmin "qrup" yalnız Avropa Parlamentində Ermənistan və erməni diasporunun təsiri altında olan bəzi şəxslərin özfəaliyyətinin nəticəsidir.

Tarix
2014.10.17 / 21:31
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan və BƏƏ arasında “Yol Xəritəsi” imzalandı

Ermənistan parlamenti TRİPP-i ratifikasiya etdi

Bu, beynəlxalq aləmdə ən böyük təhdiddir - Deputat

TBMM-dən Məkkə Sazişi ilə bağlı ilk qərar

TÜRKPA baş katibi Binəli Yıldırımla görüşdü

İstefadan sonra Saral səhifəsində bunları etdi - Foto

İlham Əliyev Petr Pavelə məktub göndərdi

Dialoq sadəcə diplomatik ünsiyyət vasitəsi deyil

Bakıda İƏT-in mühüm tədbiri başladı

Azərbaycanın dostu da parlamentə düşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla