Yuxarı

Sərhədimiz yaxınlığında öldürülənlərdən biri azərbaycanlıdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərhədimiz yaxınlığında öldürülənlərdən biri azərbaycanlıdır

Dərbənddə öldürülən üç şəxsdən biri Dərbənd azərbaycanlısıdır.

Bu barədə Axar.az-a Dərbənddəki mənbələrdən məlumat verilib.

Mənbə öldürülən Elşən Salehovun milləyətcə azərbaycanlı olduğunu deyib. O, Salehovun Dərbənddə yaşadığını bildirib. Salehovun bir neçə il bundan öncə Dağıstan vəhhabilərinə, daha dəqiq desək, "Qafqaz İmarəti"nə qoşulduğu söylənilib.

Mənbə həmçinin Elşən Salehovun "Cənub qruplaşmasının tərkibində yer aldığını da vurğulayıb.

Qeyd edək ki, dünən Dərbənddə baş verən toqquşmalar zamanı öldürülən üç nəfərin adı bəlli olub. Öldürülən şəxslərin 1976-cı il təvvəllüdlü Maqomed Ramazanov, 1989-cu il təvəllüdlü Nəriman Əsgərov və 1986-cı il təvəllüdlü Elşən Salehov olduğu deyilib. Mücahidlərə yaxınlığı ilə seçilən "Kavkazcenter.com" saytı isə öldürülən şəxslərdən birinin həyat yoldaşına hadisədən əvvəl şəhərdən getmələri haqqında xəbərdarlıq edildiyini yazıb. Buna məhəl qoyulmadıqdan sonra isə onlara qarşı hücum təşkil edilib.

Onu da xatırladaq ki, Dağıstan mücahidlərinin rəsmi saytı Elşən Salehovun ruslar tərəfindən bir müddət öncə həbs edilib, döyüldüyünü və hətta atışmadan sonra fotolar çəkilən zaman onun əllərini belə açmadıqlarını iddia edib.

Tarix
2014.10.18 / 08:30
Müəllif
İlkin Həsənov
Digər xəbərlər

Şövkət Mirziyayev İlham Əliyevi təbrik etdi

BTQ-nin beynəlxalq gənclər platformasına 40 ölkə qoşuldu

Ərdoğanın Bakıya qəfil səfər qərarının səbəbi - General

İran Ermənistana xəbərdarlıq etdi: "Qırmızı xətt"...

Hacıyevin İrəvana səfəri: hansı təcili zərurət vardı?

İtaliya XİN rəhbəri Azərbaycana gəlir

İlham Əliyev braziliyalı həmkarını təbrik etdi

Azərbaycan haqda sözlərinizin nəticəsini anlayırsınız?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla