Masallıda Gəyəçöl bələdiyyə sədri Bəybala Əsədovu döyən
sahibkar İlham Abışovun ölkədən çıxışına qadağa
qoyulub.
Axar.az-a məlumat verən qaynağımız deyir ki, sahibkara faktla
bağlı cinayət işi açılıb, hazırda istintaq gedir və ölkədən kənara
çıxması yasaqlanıb. Amma Rusiya vətəndaşı olan İlham Abışov
məsuliyyətə cəlb olunmayıb və barəsində həbs qətimkan tədbiri
seçilməyib.
Əldə etdiyimiz xəbərə görə, sahibkarın bələdiyyə sədrini
döyməsinin səbəbi gizli torpaq satışı ilə bağlı mübahisə olub.
Mənbəmiz əlavə edir ki, torpaq alverində barmağı olduğu iddia
edilən Gəyəçöl icra nümayəndəsi Elman Rəhimov artıq işdən azad
edilib.
Xatırladaq ki, bələdiyyə sədri Bəybala Əsədovla Rusiya vətəndaşı
olan sahibkar İlham Abışov arasında torpaq üstündə düşən mübahisə
davaya çevrilib və bələdiyyə sədri ölümünə döyülüb. B.Əsədov
ölümcül halda Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Sakinlər qeyd ediblər ki, B.Əsədovu döyən İlham Abışov həm də
Gəyəçöl kəndində şadlıq evinin sahibidir.
Masallı rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Asif
Əliyev Axar.az-a açıqlamasında B.Əsədovun döyülməsi faktını
təsdiqləmişdi.