Ukrayna Milli Təhlükəsizlik
Xidməti milislə birlikdə Kiyevdə insan orqanlarının satışı üzrə
ixtisaslaşan beynəlxalq qruplaşmanın iki üzvünü
saxlayıb.
Publika.az-ın Ukrayna mətbuatına istinadən verdiyi məlumata
görə, cinayətkarlar aztəminatlı ailələrin üzvlərini aldadaraq
qanunsuz orqan əməliyyatlarının keçirilməsi üçün Asiya və Cənubi
Amerika ölkələrinə göndəriblər.
Məlum olub ki, cinayətkarlar 4 il (2010-2014) ərzində xaricə
təxminən 50 insanı göndərə bilib. Bunlar yalnız Ukrayna deyil, həm
də Azərbaycan, Ermənistan, Litva və Rusiya Federasiyası
vətəndaşlarıdır. Xəbərdə bildirilir ki, Ukraynada donor olaraq
yalnız yaxın qohumlar çıxış edə bilərlər.
İsitintaqın məlumatına görə, 25 qanunsuz əməliyyatlardan 15-i
Azərbaycanda yerli həkimlər tərəfindən, digərləri isə Ekvador və
Kosovoda keçirib.
Xəbərdə xatırladılır ki, 2010-cu ildə Kiyevdəki A.Şalimova adına
İnstitutun üç transplantoloq həkimi saxlanılıb. İki əməliyyat
institutunun özündə edilib. Hüquq-mühafizə orqanlarının məlumatına
görə, həkimlər cinayətkar qruplaşmanın tərkibinə daxil idilər.
2013-cü ildə paytaxtın Obolonski rayon məhkəməsi "qara
transplantasiya" işini bağlayıb.
Cinayətkar qruplaşmanın rəhbərinin tibbi təhsili olmayan İsrail
vətəndaşının olduğu bildirilir.
Tutulan şəxslər barəsində Ukrayna Cinayət Məcəlləsinin 149-cu
maddəsi üzrə cinayət işi başlayıb.