Yuxarı

“Kreml Qarabağdan sui-istifadə edə bilməyəcək”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiyanın Abxaziya ilə vahid müdafiə sistemi yaratmaq haqqında müqavilə imzalamaq istəməsi onun kolonial siyasətinin davamıdır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli söyləyib. O, Cənubi Osetiyada da Abxaziyadakı proseslərin təkrarlanacağını bildirib:

"Moskvanın Abxaziya ilə müdafiə, ticarət istiqamətində yürüdəcəyi siyasət də sübut edir ki, Suxumi artıq Gömrük İttifaqına qoşulub. Bu isə Rusiya və Abxaziya qanunvericiliyinin eyniləşdirilməsindən sonra tam öz təsdiqini tapacaq. Cənubi Osetiyada da eyni proseslər baş verəcək. O da Rusiyanın təsiri altındadır. Bax, bütün bunların fonunda söyləmək olar ki, Rusiya Gömrük İttifaqına yeni üzvlər qəbul etmək üçün dəridən qabıqdan çıxır. Azərbaycana gələndə isə məsələ bir az fərqlidir. Moskvada hesab edirlər ki, Avrasiya Birliyinin tam effektli işləməsi üçün Azərbaycan bura üzv olmalıdır. Rusiya hər zaman Qarabağdan təzyiq vasitəsi kimi istifadə edib, amma bu dəqiqə vəziyyət bir qədər fərqlidir. Moskvanın Qarabağdan təzyiq kimi istifadə etməsi artıq çətinləşib. Çünki Cənubi Qafqazda Qərb xeyli fəallaşıb. Bu isə Kremlin meydanını xeyli daraldıb. Ona görə də Azərbaycana təzyiq rıçaqları əvvəlki kimi geniş deyil. Rusiya Azərbaycanı Gömrük İttifaqına daxil etmək üçün Qarabağ konfliktini həll etməlidir. Bundan sonra Bakı üzvlük haqqında fikirləşə bilər. Ona görə də Qarabağdan Azərbaycana qarşı Abxaziya və Osetiyada olduğu kimi istifadə etmək imkanları yoxdur".

Qeyd edək ki, Rusiya Abxaziya vahid müdafiənin yaradılması haqqında müqavilə imzalayacaq. Bununla yanaşı müqavilə işə düşdükdən sonra Abxaziyanın ticarət, vergi və gömrük haqqında qanunvericiliyi Rusiya ilə eyniləşdirilməlidir.

Tarix
2014.10.22 / 09:00
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla