Yuxarı

"İrəvan Bakıya etdiklərini Ukraynaya qarşı təkrarlayır"

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
"İrəvan Bakıya etdiklərini Ukraynaya qarşı təkrarlayır"

"Simferopol-İrəvan təyyarə reysinin açılması beynəlxalq normalara ziddir".

Axar.az xəbər verir ki, bu açıqlama ilə millət vəkili Fuad Muradov çıxış edib.

O, İrəvanın separatçı rejimlərə dəstək verməsinin Ermənistanın ənənəvi dövlət siyasətinə uyğun olduğunu bildirib:

"Krımın "Nəqliyyat naziri" Simferopol-İrəvan reysinin açılmasını təsdiq edib. Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır. İrəvanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir. Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd etmişdi. Bu növbəti fakt bir daha göstərir ki, İrəvanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyalarının Ermənistana da tətbiq olunmasını zəruri edir. Qeyd edim ki, Ukraynanın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından "Simferopol" hava limanının bağlandığını rəsmən bəyan edib".

Tarix
2014.10.23 / 19:15
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Vüsal Nəsirli zənglərimə cavab vermir - Deputat

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla