Yuxarı

Bu sektorda maaşlar artır: kadr axını ola bilər - Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gələn ildən özəl sektora aid vergi ödəyicilərinin gəlir vergisinə əhəmiyyətli güzəşt ediləcək.

Axar.az xəbər verir ki, bu sözləri iqtisadçı Samir Əliyev deyib. O bildirib ki, Vergi Məcəlləsindəki dəyişikliyə əsasən, bu sektorlarda işləyənlərin muzdlu işdən aylıq gəlirləri (8000 manatdan çox olmamaq şərti ilə) 7 il müddətində 0 dərəcə ilə vergiyə cəlb ediləcək: "Yəni 8000 manatdan çox maaş almırsa, gəlir vergisi verməyəcək. Göründüyü kimi, məqsəd özəl sektoru dəstəkləməkdir. Tədbirin strateji hədəfi isə kölgə iqtisadiyyatının azaldılması, daha da konkretləşdirsək, gizli əmək haqlarının rəsmləşdirilməsinə nail olmaqdır".

İqtisadçının sözlərinə görə, amma bu gün bir sıra özəl sektor sahələri var ki, onların əmək haqqı sistemi kifayət qədər şəffafdır və bu güzəşt həmin sektorda artıma səbəb olmayacaq:

"Söhbət bank sektorundan gedir. Bank sektorunda maaşlar yüksək olub və sosial vergilərdən qaçmaq məqsədi ilə əmək haqlarının gizlədiməsi baş verməyib. Son dövrlər azalma tendensiyası olsa da, yenə də orta aylıq əmək haqqından yüksəkdir. Yeni dəyişiklik özəl sektorun təmsilçiləri olan banklarda çalışanların maaş gəlirlərinin artmasına səbəb olacaq, bu isə dövlət sektrounu təmsil edən bankların (məsələn, Beynəlxalq Bank və Azər-Türk Bank) kadr bazasına mənfi göstərəcək".

İqtisadçı vurğulayıb ki, bu qərar kadrların dövlət banklarından özəl banklara axınına, bununla da dövlət banklarında xidmət keyfiyyətinin azalmasına səbəb ola bilər. Ona görə də iqtisadçı maliyyə sektoru, o cümlədən sığorta sisteminin də güzəşt mexanizminə daxil edilməsini məqsədəuyğun sayıb.

Tarix
2018.12.05 / 08:45
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Digər xəbərlər

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

Bilir ki, Türkiyə ordusu burdadır, həyasızlıq edir!

Ruslar Azərbaycandan çıxmaq üçün hansı “şərti” qoyub?

Azərbaycanla Türkiyə arasında bu ləğv edilir

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa bu mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla