Yuxarı

Şəhidin adına “həsr edilən” şadlıq sarayı? - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şəhidin adına “həsr edilən” şadlıq sarayı? - Foto

"Kristal şadlıq sarayı heç bir şəhidin xatirəsinə həsr edilməyib. Sosial şəbəkədə yayılan məlumat yalandır. Foto həqiqət deyil, fotomantajdır".

Bu sözləri Axar.az-a "Kristal" şadlıq sarayının administratoru Amil Abdullayev sosial şəbəkədə yayılan sözügedən restoranın İlqar Abbasov adlı şəhidin xatirəsinə həsr edildiyini göstərən foto ilə bağlı danışarkən dedi. Onun sözlərinə görə, restoranın divarının üzərində onun yerləşdiyi küçənin adı qeyd edilib:

"Bundan başqa heç bir başqa məlumat yoxdur restoranın divarında. Şadlıq sarayı heç bir şəhidin adına həsr edilməyib. Yalan məlumatdır. Ayıbdır belə bir şey. Feysbukda paylaşılan fotodan isə məlumatımız yox idi, siz dedikdən sonra baxdıq. Foto həqiqi deyil, montajdır. Kimin hazırladığını isə bilmirik".

Qeyd edək ki, Feysbukda "Sancaq" səhifəsi bir foto paylaşıb. Fotoda "Kristal" şadlıq sarayının İlqar Abbasov adlı bir şəhidin xatirəsinə həsr edildiyi qeyd edilir.

Fotonu təqdim edirik.

Tarix
2014.10.25 / 16:35
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

General qızı belə azadlığa buraxıldı - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

İlham Əliyev Corciya Meloni ilə söhbətləşdi - Foto

Azərbaycan ən iri neft təchizatçımızdır - Babiş

İlham Əliyev Kiriakos Miçotakislə görüşdü

Transsərhəd çaylarla bağlı işçi qrupu yaradıldı

Mirzoyanın Bayramovla söhbətdə əl hərəkəti… - Video

Dublində Əliyevlə Paşinyanın görüşü keçirildi - Video

Hikmət Hacıyev Alen Simonyanla müzakirə apardı - Video

Ömüraliyev TİF-in Prezidenti təyin olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla