Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Yanvar 2019


İrəvanda ABŞ-Rusiya savaşı: onlar barajı aşarsa... – İsti şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanda seçkilər gözləniləndən daha sakit şəraitdə keçdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Əhəd Məmmədli deyib. O bildirib ki, Paşinyanın Rusiya ilə, müvəqqəti də olsa belə, anlaşdığı görünür:

“Moskva müşahidə mövqeyini davam edir. Ehtimal edirəm ki, Paşinyan baş nazir seçiləcəyi təqdirdə daha uzun müddətli sürəcdə Moskvaya istədiyi vədləri verib. Ona görə də Kreml Ermənistanda olan hadisələrə aktiv, amma tamaşaçı mövqedə qalır. Paşinyan çox güman ki, qalib də gələcək. Bu baş versə, o, Sərkisyanın siyasətinə davam edəcək, lakin Rusiyadan daha müstəqil siyasət yürütməyə çalışacaq. Bu onda nə qədər alınacaq, bunu zaman göstərəcək”.

Politoloq vurğulayıb ki, Ermənistanda ABŞ durmadan Rusiyanın üstünə gəlir:

“Dünyada ABŞ-ın ən böyük səfirliklərindən biri də Ermənistandadır. Bu, əbəs yerə deyil. Ermənistanda ABŞ-ın növbəti proyekti Sasna Çrerdir. Bu radikallar parlamentə düşmək iddiasındadır. Yayılan məlumatlara görə, ABŞ-da Sasna Çrerə 3 milyon dollar yığılıb. Sasna Çrer yarı siyasi, yarı hərbi qruplaşmadır, hətta qondarma “dqr”də də fəaliyyət göstərirlər. Sasna Çrer parlamentə düşsə, ABŞ-ın əlində Ermənistanda Rusiyaya qarşı yeni, daha radikal qüvvə kimi istifadə edilə bilər. Sasna Çrer açıq anti-rus mövqeyindən çıxış edir".

Politoloq qeyd edib ki, Paşinyanın rəhbərliyi altında olan blokdan əlavə, Çarukyanın partiyası, Daşnaksütyun və Sasna Çrer parlament barajını, çox güman, keçəcək:

“Respublikaçılar Partiyasını da hələ mübarizədən silməyək. Parlament seçkilərindən sonra düşmən ölkədə Rusiya-ABŞ qarşıdurması daha miqyaslı şəkil ala bilər. Bu, rəsmi və qeyri-rəsmi müstəvidə davam edəcək”.

Qeyd edək ki, bu gün Ermənistanda növbədənkənar parlament seçkiləri keçirilib. Nəticələr gecə yarısından sonra açıqlanmağa başlayacaq.

Tarix
2018.12.09 / 22:27
Müəllif
Firuzə Vahidqızı
Şərhlər
Загрузка...
Digər xəbərlər

Prezidentin bu qurumu ləğv etməsinin - Səbəbi

Bu görüş Qarabağla bağlı ümidimizi artırır - Gəncəliyev

Ad günündə geri çağırılan səfirimiz kimin oğludur? – Dosye

Bakı bununla mühüm nailiyyətlər əldə edə bildi - Deputat

Fərəh Əliyeva sədr təyin edildi, Qarayev müavin oldu - Fərman

İlham Əliyev Nikola Sarkozini qəbul etdi - Foto

Gizir hazırlığı kursuna qəbul olmaq istəyənlərin - Nəzərinə

Yazda Qarabağda müharibə başlayacaq – Ermənistandan şok

İslahatların yeni mərhələsi başladı: Bu qurumlar birləşə bilər

Nazirliyin ləğvi səbəbi: “Azərsilah” buna görə yaradıldı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla