Yuxarı

Prezidentlərin görüş qrafiki məlum oldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentlərin görüş qrafiki məlum oldu

"Fransua Ollandın Sərkisyanla görüşündə əsas məqsəd ondan ibarətdir ki, işğal olunmuş 7 rayon qeyd-şərtsiz qaytarılsın".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Ərəstun Oruclu bu gün keçiriləcək Pariş görüşünü şərh edərkən dedi.

Onun sözlərinə görə, müzakirə olunacaq tək mövzu ətraf rayonların qaytarılmasıdır: "Bu gün əsas lazım olan Sərkisyanın mövqeyidir ki, o bu məsələdə güzəştə getsin. Hesab edirəm ki, Ermənistanın Fransa prezidenti ilə təkbətək görüşü bununla bağlıdır. Başqa bir səbəb ola bilməz".

Paris görüşünün nəticəsiz qalacağını deyən politoloq problemin həllinin açar rolu oynayan Rusiyanın maraqlarına cavab vermədiyini dedi: "Nəticə gözləmirəm. Çünki Ermənistan Rusiyanın tam təsiri altındadır və Rusiya heç vaxt imkan verməz ki, Qarabağ Azərbaycana qaytarılsın və üstəlik, bu, Qərbin əli ilə həll olunsun. Bu, Rusiyanın heç bir marağına cavab vermədiyinə görə, bir irəliləyiş gözlənilmir".

Ermənistanda Sərkisyan hökumətinin pis dövrünü yaşadığını deyən Ə.Oruclu bu barədə Rusiyanın erməni iqtidarına bir dəfə xəbərdarlıq etdiyini xatırladıb: "Artıq Sərkisyan xəbərdarlıq alıb. Bildiyiniz kimi, Rusiyanın nəzarətində olan birləşmiş erməni müxalifəti onun istefasını və parlamentin buraxılması məsələsini gündəmə gətirib. Belə bir şəraitdə Sərkisyanın hansısa bir güzəştə gedəcəyini düşünmək qeyri-realdır".

Xatırladaq ki, bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Parisdə Fransua Olland, İlham Əliyev və Serj Sərkisyan arasında keçiriləcək görüşlərin qrafiki açıqlanıb. Qrafikə əsasən, Bakı vaxtı ilə saat 15:00-da Fransa Prezidenti Fransua Ollandla Azərbaycan Prezidenti İlham Əliyevin görüşü keçiriləcək. Saat 16:15-də isə Ollandın Ermənistan Prezidenti Serj Sərkisyanla görüşü baş tutacaq. Prezidentlərin üçtərəfli görüşü isə Bakı vaxtı ilə 22:00-da baş tutacaq. Görüşlər yekunlaşdıqdan sonra saat 00:00-da prezidentlərə şam yeməyi süfrəsi açılacaq.

Tarix
2014.10.27 / 14:24
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

Kamboca baş naziri Azərbaycana gəldi

Məktəblərdə geyim qaydaları... - QHT Forumu çağırış etdi

Uşaqlarını hicaba məcbur edən valideynlər... - Xalq şairi

Trampın Zelenski barədə bu sözləri... - Putinin nümayəndəsi

Trampın sərt açıqlaması: Zelenski dərhal onunla danışdı

Gəncədəki dördüncü terrordan altı il ötür

Kadırov Bakıya niyə gəldi? - Səbəblər

Qarabağ Universitetinin müəllimi hakim təyin olundu

Ərəbistan-İordaniya layihəsi Türkiyəyə qədər uzanacaq?

Prezidentə “Sizi çox istəyirəm” deyən uşaq kimin oğludur?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla