Yuxarı

Əliyev dünyanı dəyişməyi bacaran siyasətçi idi – Deputat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyev dünyanı dəyişməyi bacaran siyasətçi idi – Deputat

Ümummilli lider Heydər Əliyev dünyanı dəyişməyi bacaran siyasətçilər cərgəsində qərar tutur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Adil Əliyev deyib. O bildirib ki, XX və XXI əsrin başlanğıcının görkəmli siyasətçilərindən və dövlət xadimlərindən biri olan Heydər Əliyevin ibrətamiz həyatı və heyrətamiz siyasi fəaliyyəti, dünyada sülhün bərqərar olması üçün göstərdiyi xidmətlər gələcək yüzilliklərdə hələ neçə-neçə siyasət adamına istiqamət verəcəkdir:

“Ulu öndər, hələ keçmiş SSRİ-nin, dünyanın super dövlətinin əsas idarəçilərindən biri olmaqla bu ölkənin siyasətinə yön verib. Sonradan müasir, müstəqil Azərbaycanın əsas memarı kimi tariximizə adını qızıl hərflərlə yazdırmağı bacarıb. İstər postsovet məkanında, istərsə də ölkəmizin daxilində gərgin siyasi çaxnaşmaların və müharibələrin hökm sürdüyü bir təlatümlü dövrdə meydana atılan bu azman şəxsiyyət, hadisələri Azərbaycanın və regionun xeyrinə dəyişə bilib. Bir sözlə, Heydər Əliyev böyük siyasət üçün yaranan, təkcə bir ölkə miqyasında yox, dünya əhəmiyyətli məsələlərin həllində qətiyyətli sözünü deyə bilən nadir siyasətçi idi. O, yüksək bəşəri keyfiyyətlərə, təvazökarlığa, hər şeydən öncə isə demokratik dövlət quruculuğu prinsiplərinə hər zaman sadiq qalan dövlət xadimi idi. Bundan əlavə, onun siyasəti əsasən milli maraqlar üzərində qurulmuşdu”.

Adil Əliyev bildirib ki, Heydər Əliyevlə bağlı danışmaq olduqca böyük məsuliyyət tələb edir:

“Lakin bunu qəti şəkildə demək istərdim ki, o, bütün ömrünü Azərbaycan milli ideyasına, milli dövlət quruculuğu prosesinə həsr edən, xalqının taleyüklü problemlərinin həllində həmişə çətin, keçilməz situasiyalarla qarşılaşmaqdan çəkinməyən nəhəng lider idi.

12 dekabr onun bizləri cismən tərk etdiyi gündür. Lakin onun ideyaları, bizlərə miras buraxdığı siyasi irs, apardığı mübarizənin amalları hər zaman gələcək nəsillərimiz üçün örnək və ibrət nümunəsi kimi xatırlanacaq. Məkanı cənnət olsun!”

Tarix
2018.12.12 / 16:19
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

XİN Polşaya başsağlığı verdi

İrandan növbəti təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

İlham Əliyev polşalı həmkarına başsağlığı verdi

İlham Əliyev Ərdoğana başsağlığı verdi

Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx

XİN Atatürkün anım günü ilə bağlı paylaşım etdi

Ermənistanın kapitulyasiya aktına imza atmasından 6 il ötür

Özgür Özəlin İlham Əliyevə zəngində qeyri-adi nə var?

Bakının həmmüəllifi olduğu hesabat COP31-də təqdim olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla