Yuxarı

Prezidentlərin Fransa və Rusiya görüşü nə vəd edir? – Rəy

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Rusiya hazırda Azərbaycanla əməkdaşlığı artırmaqda olduqca maraqlıdır".

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Fərhad Mehdiyev prezidentlərin Paris görüşünün ardından Rusiyada baş tutacaq növbəti görüşü şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, nəinki Paris görüşü, bundan sonra Rusiyada baş tutacaq növbəti görüşdə belə hər hansı bir irəliyəliş gözlənilmir:

"Bir supergüc olan Rusiya siyasi prioritetlərini sıx-sıx və asanlıqla dəyişmir. Hətta təzyiq altında qaldıqda belə bunu edən deyil. Odur ki, Cənubi Qafqazda onun prioritetləri arasında Ermənistanı Azərbaycanın ayağına vermək kimi bir siyasəti yoxdur və bu siyasətinə Rusiya 200 ildən çoxdur davam edir. Bu səbəblə də Rusiyanın gizli pərdələr arxasında bizim xeyrimizə nəyinsə düşünüldüyünə aldanmaq lazım deyil. Ordakı bütün oyun Azərbaycan və Ermənistanı öz təsirində saxlamaq, hər iki ölkəni özünə bağlamaq və onlardan maksimum dərəcə istifadə etməkdir. Bu isə öz növbəsində onu deməyə əsas verir ki, nəinki Paris görüşü, bundan sonra Rusiyada baş tutacaq növbəti görüşdə də Azərbaycanın xeyrinə hər hansı bir irəliləyiş gözləmək lazım deyil. Sözügedən görüşlər elə görüş olaraq da qalacaq".

Tarix
2014.10.28 / 09:15
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla