Yuxarı

İlham Əliyev Nazarbayevi təbrik etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İlham Əliyev Nazarbayevi təbrik etdi

Prezident İlham Əliyev Bəhreynin Kralı Əlahəzrət Şeyx Həməd bin İsa Al Xəlifəyə təbrik məktubu ünvanlayıb.

Axar.az xəbər verir ki, təbrikdə qeyd edilir:

"Əlahəzrət,

Bəhreyn Krallığının milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

İnanıram ki, Azərbaycan-Bəhreyn əlaqələri daim dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcək və genişlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Bəhreyn xalqına daim sülh və rifah arzulayıram".

***

İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri cənab Nursultan Nazarbayevə təbrik məktubu ünvanlayıb.

"Hörmətli Nursultan Abişeviç,

Ölkənizin milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Qazaxıstan müstəqillik illərində hərtərəfli və sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyin möhkəmləndirilməsi, ölkənin iqtisadi tərəqqisi, xalqın rifahının yaxşılaşdırılması sahəsində mühüm uğurlar qazanmışdır. Ölkəniz beynəlxalq və regional təşkilatlarda fəal rola və nüfuza malikdir.

Əminəm ki, Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı bundan sonra da ortaq tarixi köklərə, milli, mənəvi dəyərlərə malik xalqlarımızın mənafelərinə xidmət edəcəkdir.

Hörmətli Nursultan Abişeviç, belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qazaxıstan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm", - təbrikdə qeyd edilir.

Tarix
2018.12.15 / 18:14
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Kamboca Kralını təbrik etdi

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla