Yuxarı

ATƏT nazirləri Kiyevə toplaşır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 5-6-da Kiyevdə keçiriləcək Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının 20-ci iclasının gündəliyi açıqlanıb.

Toplantıda ATƏT-ə üzv olan 57 ölkənin, 11 tərəfdaş ölkənin nümayəndə heyətləri, ATƏT institutlarının rəhbərləri, BMT, Avropa Şurası, NATO, MDB kimi beynəlxalq təşkilatların təmsilçiləri iştirak edəcəklər. Azərbaycanı iclasda xarici işlər naziri Elmar Məmmədyarov təmsil edəcək.

Nazirlər Ukraynanın ATƏT-ə builki sədrliyinin nəticələrini, eləcə də gələcək əməkdaşlıq və inkişafın perspektivlərini müzakirə edəcəklər. Bundan başqa, "Helsinki+40" təşəbbüsünün perspektivləri, ATƏT məkanında həlli uzadılmış münaqişələrin nizamlanması, silahlanma üzərində nəzarət, hərəkət azadlığı və insan kontaktlarının möhkəmləndirilməsi, enerji fəaliyyətinin ətraf mühitə neqativ təsiri, insan alveri ilə mübarizədə beynəlxalq səylərin gücləndirilməsi məsələləri də müzakirə olunacaq.

Toplantıda vacib müzakirə mövzularından biri hüququn aliliyi, əsas hüquq və azadlıqların təmin olunması prinsiplərinin möhkəmləndirilməsi, tolerantlıq və qeyri-ayrıseçkiliyin təsdiqi, jurnalistlərin hüquqlarının müdafiəsi, transmilli təhdidlərlə mübarizə olacaq. (APA)

Tarix
2013.12.04 / 20:25
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla