Yuxarı

Qərb Rusiya gəmilərinə qadağa qoyacaqmı? – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Ukrayna hərbiçiləri və gəmilərini sərbəst buraxmaması Moskvaya qarşı növbəti sanksiya dalğasını gündəmə gətirib.

Bu sözləri Axar.az ABŞ-ın Kerç böhranına görə Rusiyaya qarşı yeni sanksiyaları haqda danışan iqtisadçı Natiq Cəfərli deyib. Ekspert ABŞ və Avropanın Kerç böhranından dolayı Rusiyaya qarşı iqtisadi sanksiyaları daha da dərinləşdirəcəyini düşünür:

“Avropa Birliyi artıq Rusiyaya qarşı sanksiyaların müddətini uzadıb. Hətta birlik çərçivəsində yeni sanksiyaların hazırlanması ilə bağlı komissiya da qurulub. Zənnimcə, bu böhran tezliklə həll olunmasa, Rusiyaya qarşı sanksiya dalğası daha da güclənəcək. Bunun ən böyük istiqamətlərindən biri isə “Şimal axını 2” layihəsi olacaq. Bu, Rusiya üçün çox əhəmiyyətli bir layihədir, onun reallaşmasına milyardlarla vəsait xərclənib. Rus qazının Ukraynadan yan keçməklə Avropaya çatması Rusiya siyasətinin əsas istiqamətlərindən biridir. Ancaq ABŞ və Avropa son mərhələdə layihənin reallaşmasına ciddi maneələr yarada bilər. İlkin sanksiya siyahısının elan olunması da məhz bundan xəbər verir. Belə ki, tezliklə layihənin tamamilə dayandırılması və ya ən yaxşı halda bir müddət təxirə salınması gündəmə gələcək”.

N.Cəfərli hesab edir ki, Azov dənizi ilə Qara dəniz arasında olan keçid müvəqqəti bağlana bilər:

“Əslində, Kerç boğazının bağlanmasının elə də böyük əhəmiyyəti yoxdur. Çünki bu, Rusiya ilə Ukrayna arasında daxili su hövzəsidir, beynəlxalq ticarət və münasibətlərdə o qədər də böyük rol oynamır. Bununla dünya ticarətinin hər hansı bir formada əngəllənməsi mümkün deyil. Beynəlxalq yükdaşıma normaları Qara dənizin tamamı üçün keçərlidir. Qara dəniz bir neçə ölkəni əhatə edən vacib ticarət xətlərinin keçdiyi sahədir. Yəni Kerç boğazı bağlansa belə, Qara dənizdə yükdaşımalar davam edəcək. Ancaq Azov dənizi ilə Qara dəniz arasında olan keçidin bağlanması Ukrayna-Rusiya münasibətlərinə ciddi təsir göstərəcək”.

İqtisadçı ABŞ və AB ölkələrinin limanlarını rus gəmilərinə bağlaması ehtimalının mümkünlüyünə də aydınlıq gətirib:

“Bu, kifayət qədər sərt addım ola bilər. Çünki Rusiyadan Avropa Birliyinə xammal gedir. Söhbət təkcə neft-qazdan getmir, buraya meşə sənayesi materialları, qara və əlvan metallar da aiddir. Rusiya bu materialların ixracatında lider ölkələrdən biridir və həmin xammal materialları Avropada istehlakçıların da marağındadır. Digər tərəfdən gəmi daşımaları dünyada ən ucuz və sərfəli daşımalar hesab olunur. Açığı, bu addımın yaxın gələcəkdə reallaşması çətin məsələdir. Ancaq Ukraynaya hərbi yardımın artması ilə bağlı ciddi qərarlar veriləcək. ABŞ, NATO və Avropa Birliyi Ukraynaya silahların yenilənməsi və onların maddi texniki bazasının gücləndirilməsi yönündə maliyyə ayıracaq”.

Tarix
2018.12.18 / 14:49
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Təklif qəbul edildi: Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

İlham Əliyev Şarl Mişeli Bakıya dəvət etdi

Simonyan: Mövqe qursaq, “Bayraqdar”la vuracaqlar!

Markov: Bakıdan Ukraynaya silah verməsi tələb olunur

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla