Yuxarı

Həbs edilən, buraxılan və 13 il iş alan iş adamı - Təfərrüat/Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Həbs edilən, buraxılan və 13 il iş alan iş adamı - Təfərrüat/Özəl

Bakıda dələduz tikinti şirkəti "Oskar Qrup" MMC-nin rəhbəri Muxtar Bayramov barəsində məhkəmə hökm çıxarıb. Fırıldaqçı şirkətin rəhbəri 13 il azadlıqdan məhrum edilib.

Axar.az-ın əməkdaşına verilən məlumata görə, M.Bayramovun həbsi müəmmalı olub. Belə ki, bir müddət əvvəl barəsində cinayət işi açılaraq həbs edilən MMC rəhbəri sonra azadlığa çıxmağa nail olmuşdu.

Hətta onun həbsi barədə yazan mətbuat orqanlarından bəzilərini iş adamı məhkəmə ilə təhdid etmişdi. M.Bayramov onunla bağlı yazılan ittihamları rədd edərək, məqalələrin təkzib edilməsini və saytlardan çıxarılmasını tələb etmişdi, şirkətin fəaliyyətini davam etdirəcəyini, binalarını tikəcəyini açıqlamışdı.

Müxbirimizin əldə etdiyi xəbərə görə, bu müddət ərzində "Oskar Qrup"un sahibinin üzərində olan cinayət işi dondurulub və ona tikinti üçün şans verilib. Ancaq M.Bayramov dələduz əməllərinə son qoymayıb.

Onun aldatdığı payçıların saysız-hesabsız şikayətləri mətbuatda ictimailəşdirilib. Bundan sonra cinayət işi yenidən icraata göndərilib və Bayramov həbs edilib.

Qeyd edək ki, oktyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Muxtar Bayramov 13 il müddətinə azadlıqdan məhrum edilib. M.Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunub. O, vətəndaşların Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb.

Tarix
2014.10.29 / 12:49
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

1 milyona ev, 440 minə cip - Rektorun milyonluq xərci

Göyçayda məzar daşı: Türkiyə səfirliyi hərəkətə keçdi - Foto

Ermənistan nümayəndələri Hikmət Hacıyevlə görüşdü - Foto

Ramiz Mehdiyevin səhhəti pisləşdi

Paşinyandan Konstitusiya ilə bağlı açıqlama

Binəli Yıldırımdan Zəngəzur dəhlizi ilə bağlı açıqlama

Ukraynaya qarşı sülh planı: Tramp Putindən nə qopardı?

Türkiyə Bakıya görə tarixdə görülməmiş göstəriş verdi - Video

Leyla və Arzu Əliyevalar Pəncəlinin ailəsini ziyarət etdi

AZAL səyahətləri daha rahat edir - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla