Yuxarı

Prezidentin çıxışı bir daha sübut etdi ki… - Polkovnik

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin çıxışı bir daha sübut etdi ki… - Polkovnik

Prezidentin çıxışı bir daha sübut edir ki, Azərbaycan Ordusu istənilən vaxt işğal olunmuş torpaqlarını azad etmək qabiliyyətinə malikdir.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin Sabunçuda hərbçilərə yeni mənzillərin verilməsi ilə bağlı təşkil edən mərasimdə söylədiyi nitqi şərh edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib. Polkovnik qeyd edib ki, Ali Baş Komandan Azərbaycanda ordu quruculuğunu hər zaman diqqətdə saxlayır:

“Əsgərlərə göstərilən qayğı və 400 nəfərə yaxın hərbiçinin evlə təmin olunması bunun bariz nümunəsidir. Bu gün ordu hissələrində yeni mənzillərin tikilməsi, xidmət şəraitinin yaxşılaşdırılması Azərbaycan əsgərinin dövlətin qayğısı ilə hərtərəfli əhatə olunmasından xəbər verir. Azərbaycan Prezidenti son 6 ayda ordu, şəhid ailələri və veteranlarla bağlı 20-yə yaxın sərəncam və fərman imzalayıb. Bu silsilə tədbirlər Azərbaycan əsgərinin rahat, normal şəraitlə təminatı üçün nəzərdə tutulub. O cümlədən Nazirlər Kabineti də bu istiqamətdə xüsusi qərarlar qəbul edib. Belə ki, bu il dövlət 626 şəhid və Qarabağ müharibəsi əlilinə mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcək. 5800 köçkün ailəsi isə yeni evlərlə təmin edilib”.

C.Xəlilov vurğulayıb ki, Azərbaycan Ordusu qonşu ölkələrlə, əsasən də Ermənistanla müqayisədə texniki imkanlarına, hərbi hazırlığına, döyüş qabiliyyətinə, sosial şəraitinə, psixoloji durumuna görə çox yüksək səviyyədədir: “Azərbaycan Ordusu bunu dəfələrlə, xüsusilə də Aprel və Naxçıvan istiqamətindəki döyüşlərdə nümayiş etdirib”.

Tarix
2018.12.19 / 08:00
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Elçibəylə Əliyev 7 saat söhbət edib, Əliyev deyib ki...

İlham Əliyev Koşta ilə birgə nahar etdi

Jelka Tsviyanoviç Azərbaycana gəldi

Əliyevlə Koşta mətbuata bəyanatlarla çıxış etdilər

Azər Əliyevə yeni vəzifə verildi

Naxçıvanda Azərbaycan-Türkiyə hərbi təlimi keçirilə bilər

Bələdiyyələrlə bağlı bu qərar təsdiqləndi

İnzibati cərimələrin qaytarılması qaydası təsdiqləndi

Kərim Vəliyev serbiyalı generalla danışdı

Biz artıq Ermənistanla ticarətə başlamışıq - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla