Yuxarı

Yeni il təhlükəsi: zəhər saçan yolkalar - Ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Yolka ağacı Yeni ilin əsas atributlarından biridir və hər ailə bu ağacın bəzəmək üçün müəyyən məbləğdə xərc çəkir. Adətən yolkalar uşaqların istəyi və zövqünə görə bəzənir. Uşaqların da belə məqamlarda daha çox gözqamaşdıran və görüntüsü, rəngi daha cəlbedici olan aksessuarlara üstünlük verdiyi məlumdur. Valideynlər isə aksessuar seçimində ən çox qiymətin daha münasib olmasına fikir verirlər.

Mütəxəssislər isə hesab edir ki, həm valideynlərin, həm də uşaqların yolka oyuncağı seçərkən fikir verdiyi məqamlar yanlışdır. Çünki cəmi bir neçə günlük müddətə quraşdırılan, düzgün seçilməyən yolka və oyuncaqların uzunmüddətli və qalıcı fəsadları ola bilər.

Axar.az xəbər verir ki, Yeni il bayramı üçün şəhərdə quraşdırılan yarmarkalarda müxtəlif çeşiddə və fərqli qiymətdə aksessuarlar satılır. Ancaq onların hansı keyfiyyətdə olduğunu heç satıcılar özləri də bilmir.

Yarmarka satıcısının sözlərinə görə, satış üçün ölkəyə gətirilən Yeni il aksessuarlarının əksəriyyəti Çindən idxal olunur. Satıcı bildirib ki, Pakistan, Vyetnam, Rusiya və Ukraynadan da Yeni il aksessuarları gətirilir:

“Ancaq üstünlüyü Çindən gətirilən aksessuarlar təşkil edir. Çin məhsullarının alıcılıq qabiliyyəti yüksək olduğuna görə daha çox oradan gətirilir. Səbəb isə Çin məhsullarının qiymətinin daha münasib olmasıdır”.

Satıcılar bildirib ki, vətəndaş aldığı məhsulun ancaq qiyməti ilə maraqlanır. Məhsulun haradan gətirilməsi, keyfiyyətli olub-olmaması ilə bir o qədər də maraqlanan olmur.

Qiymətlər isə ötən illə müqayisədə nisbətən fərqlidir. Əksər yolka bəzəklərinin qiyməti 1 manatdan başlayır. Məsələn, yolka bəzəyi olan oyuncaqlar dənə ilə satılır ki, bir ədədinin qiyməti 1 manatdır. Zərlər isə 2 manatdan 5-10 manata qədərdir. Yolka işıqlarının qiyməti 5 manatdan başlayır.

Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov aksessuar seçimi zamanı diqqət edilməsi vacib olan məqamlardan danışıb:

“Valideynlər nəzərə almalıdır ki, yolka və yolka oyuncağı ilə uşaqlar daha çox təmasda olurlar. Xüsusilə evdə azyaşlı körpəsi olanların diqqətli olması daha vacibdir. Valideyn oyuncaq seçərkən əvvəlcə ondan qoxu gəlib-gəlmədiyini yoxlamalıdır. Daha sonra əlini oyuncağın üzərinə sürtərək, onun rənginin çıxıb-çıxmadığını yoxlasınlar. Əgər aksessuarın spesifik qoxusu varsa və rəngi çıxırsa, alınması məsləhət deyil. Bilirsiniz ki, rənglərin tərkibində kimyəvi birləşmələr var. Uşaqların belə oyuncaqlara çox toxunduğunu və əllərini ağızlarına saldığını nəzərə alıb, belə əşyalardan uzaq dayanmaq lazımdır”.

E.Hüseynov bildirib ki, üzərində süni qar dənələri və ya toz şəklində qarları olan yolka ağaclarının da evdə qurulması yolverilməzdir:

“Yolkanın üstündə qarı əvəz edən toz dənələri nəinki allergiyası olanlara, ümumilikdə hamı üçün ziyandır. O tozlar nəfəs yolu vasitəsilə orqanizmimizə gedir. Səbəbsiz öskürək, qaşınma, allergiya əlamətləri əmələ gətirə bilir”.

Tarix
2018.12.20 / 08:15
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla