Yuxarı

“Vicdansız erməni hakimiyyətinin Rusiya ilə bu müqaviləsi...”

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Belə bir müqavilənin mümkünlüyü haqda düşünmək şəxsən məni güldürür, çünki bunun tamamilə mənasız olduğunu düşünürəm.

Bu sözləri rusiyalı tarixçi və politoloq Oleq Kuznetsov Ermənistanla Rusiya arasında xarici ölkə qüvvələrinin ölkəyə buraxılmaması haqda bağlanacaq müqaviləni Axar.az-a şərh edərkən deyib.

O bildirib ki, Ermənistan KTMT-nin üzvüdür və buna uyğun olaraq, digər müttəfiq ölkələr qarşısında öhdəliklər daşıyır:

“Belə bir müqavilə bağlanarsa, Ermənistan Rusiya qarşısında əlavə öhdəliklər qəbul edəcək, lakin bu, digər müttəfiqlərə aid edilməyəcək. Bu isə o deməkdir ki, KTMT-nin hüquqi əsası təhlükə altında qalacaq. Çünki sözügedən bloka üzv olan ölkələr bərabər hüquqlara malikdirlər. Bu fakt məni qorxudur: belə çıxır ki, rəsmi Moskva bunu tələb etməklə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bütün bünövrəsinə saatlı bomba qoyur. Müqavilənin mənasızlığını həm də bu fakt sübut edir ki, vicdanlı müttəfiq olmayan Ermənistan hakimiyyəti bu razılaşmadan sonra onu pozmaq potensialına malikdir”.

Politoloq xüsusi olaraq vurğulayıb ki, ABŞ-ın Bağdaddakı səfirlikdən sonra böyüklüyünə və işçi sayına görə ikinci ən böyük səfirliyi İrəvandadır:

“Orada bir neçə diplomat var, qalanları isə diplomat pərdəsi altında fəaliyyət göstərən kəşfiyyat heyətidir. Bütün dünya bunu bilir, lakin hamı susur”.

Kuznetsovun sözlərinə görə, əgər Moskva yaxın keçmişdə Rusiyanın cənubunda yayılan Afrika mənşəli vəbadan və Gürcüstan ərazisində ABŞ-ın hərbi bakteroloji laboratoriyalarının iştirakı ilə yayılan oxşar bir xəstəlikdən qorxursa, belə xəstəliklərin üzərində təcrübələr aparan obyektləri çox asan diplomatik obyektlər kimi gizlətmək olar:

“Ermənistanla Rusiya arasında bağlanacaq heç bir müqavilə 500 ABŞ nümayəndəsindən ibarət kəşfiyyat mərkəzinin yaradılmasının qarşısını ala bilməz. İrəvan bu mərkəzi dağlar qoynunda yaradaraq, asanlıqla gizlədə bilər. Belə olduğu halda hər şey də müqavilədə göstərilən şərtlərə uyğun görünər. Bu müqavilənin bağlanması ideyası İrəvan üzərindəki nəzarətin itirilməsinin göstəricisidir. Rəsmi Kremlin KTMT daxilində sahib olduğu sonuncu müttəfiqləri də itirmək riski ilə qarşı-qarşıya qoyan bu absurd müqavilənin bağlanması Ermənistandan çox, Rusiya Federasiyasının ziyanınadır”.

Qeyd edək ki, Rusiya XİN rəhbəri Sergey Lavrov “Komsomolskaya Pravda” nəşrinə verdiyi müsahibəsi zamanı Ermənistanla Rusiya arasında xarici ölkə qüvvələrinin Ermənistana buraxılmaması haqda bir razılaşma imzalanacağını və müqavilənin hazırlanmaqda olduğunu vurğulamışdı.

Tarix
2018.12.20 / 09:00
Müəllif
Rəfiqə Məmmədzadə
Şərhlər
Digər xəbərlər

Avstraliya ilə siyasi məsləhətləşmələr keçirildi

Azərbaycan 4 kəndə görə 2021 və 2022-də… - Paşinyan

Azərbaycan-İtaliya əməkdaşlığı müzakirə olundu

Nikoldan delimitasiya açıqlaması: Tez olmalıdır, yoxsa...

Cabbarov Özbəkistan prezidenti ilə görüşdü - Foto

Bunun sonu faciə olacaq - İlham Əliyev

ABŞ Azərbaycandan bu şirkətə sanksiya tətbiq etdi

İlham Əliyev bizə mühüm mesajlar verdi - Moratinos

Baş nazir Taqal ilə görüşdü - Foto

İlham Əliyev İraqa səfər edəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla