Yuxarı

Vergi yoxlamalarının aparılma müddəti 1,5 dəfə azaldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda həyata keçirilmiş səyyar yoxlamalarda sübut olundu ki, elektron audit texnologiyası hesabına daha çox sayda yoxlama aparmağa və yoxlamalar vasitəsilə 90-95% ehtimalı ilə vergidən yayınma hallarını aşkar etməyə real imkanlar yaranır. Bunu çərşənbə günü Trend-ə vergilər nazirinin müşaviri Asəf Əsədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın vergi sistemi üçün çox mühüm əhəmiyyət daşıyan "Elektron audit" tvinninq layihəsinin başa çatması ilə əlaqədar 2013-cü ilin may ayında ictimaiyyət üçün təqdimetmə mərasimi keçirildi.

A.Əsədov qeyd edib ki, bundan sonra pilot layihələrin uğurlu nəticəsi kimi Vergilər Nazirliyinin e-audit üzrə treninq proqramında iştirak etmiş bir neçə əməkdaşının təmsil olunduğu e-audit şöbəsi təşkil edildi: "Xüsusi Rejimli Vergi Xidməti Departamentində müvafiq struktur dəyişiklikləri aparılarkən ayrıca struktur vahidi kimi audit idarəsi, idarənin tərkibində isə elektron audit şöbəsi yaradıldı".

Müşavirin sözlərinə görə, nəticə isə bundan ibarətdir ki, əlavə hesablanmış vergilər dəfələrlə artıb, yoxlamaya sərf edilən orta vaxt müddəti isə 1,5 dəfə azalıb: "Həyata keçirilmiş səyyar yoxlamalarda sübut olundu ki, e-audit texnologiyası hesabına daha çox sayda yoxlama aparmağa və yoxlamalar vasitəsilə 90-95% ehtimalı ilə vergidən yayınma hallarını aşkar etməyə real imkanlar yaranır".

A.Əsədov əlavə edib ki, hazırda e-auditin tətbiqi üçün işlər davam etdirilir: "Fikrimcə, elektron auditorların sayı artdıqca səyyar yoxlamalarda elektron audit metodologiyasından daha çox istifadə olunacaq. Bunun üçün yeni auditorların hazırlanmasını həyata keçirmək lazımdır".

O vurğulayıb ki, 2014-cü ilin yanvar ayından başlayaraq dörd ay ərzində e-audit üzrə xüsusi təlim materialları hazırlanıb: "Özünətədris proqramına əsasən, bütün tədris-təlim materialları 2014-ci ilin may ayında bir ay ərzində materialları öyrənmək üçün bir qrup auditora verilib, sonradan iki ay ərzində iş yerlərində onlara təlim kursları (həftədə bir dəfə 3 saat praktik seminarlar) təşkil olunub. Nəticə olaraq, Xüsusi Rejimli Vergi Xidməti Departamentində təlim keçmiş auditorlar üçün elektron imtahanlar keçirilib. E-imtahanlara həm testlər, həm də praktiki misallar daxil edilmişdi və bu üsulla biliyin daha düzgün qiymətləndirilməsi mümkün oldu. Bu ilin sentyabr ayından imtahandan keçmiş yeddi nəfər auditor e-auditlə məşğul olmağa başlayıb və onlar e-audit şöbəsinin daha təcrübəli üç işçisi ilə birgə işləyirlər. Hesab edirəm ki, bu, müsbət təcrübədir və onun tətbiqinin genişlənməsi ciddi fayda verəcək".

A.Əsədov deyib ki, Yeni tvinninq layihəsi çərçivəsində üç komponentə xüsusi önəm verilib: "Birincisi, insan resurslarının inkişafı ilə bağlı uzunmüddətli strategiyanın hazırlanması başlıca prioritetlərdəndir. Strategiya 2015-2020-ci illər üçün nəzərdə tutulur. İkinci istiqamət insan resurslarının idarə edilməsi üzrə nazirliyin mövcud normativ bazasının yeniləşdirilməsidir. Layihənin 3-cü əsas istiqaməti - təlim-tədris sisteminin modernləşdirilməsi də mühüm əhəmiyyət kəsb edir".

Tarix
2014.10.29 / 20:03
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla