Yuxarı

Ruhaninin Türkiyəyə səfərinə ABŞ-dan baxış

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ruhaninin Türkiyəyə səfərinə ABŞ-dan baxış

İki lider arasında baş tutan bu görüşün bir neçə fərqli bucağı var.

Bu sözləri ABŞ-ın Qulf Analitik Mərkəzinin politoloqu Teodor Karasik Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İran Prezidenti Həsən Ruhani arasında bu gün baş tutan görüş haqda Axar.az-a danışarkən deyib. O bildirib ki, görüşün əsas müzakirə mövzularından biri iqtisadi münasibətlərdir:

“Düşünürəm ki, İran məhsullarının Türkiyə vasitəsilə ixracı məsələsi əsas müzakirə predmetidir. ABŞ sanksiyaları, onun doğurduğu və doğura biləcəyi nəticələr götür-qoy ediləcək. Aydın məsələdir ki, hər iki ölkə rəhbəri manevr etmək üçün şəraiti qiymətləndirir.

İki lider üçün növbəti böyük sual Suriya böhranı, onun gələcəyi, Suriyanın gələcəyində hər iki ölkənin oynayacağı rol və bütün geosiyasi təzyiqləri nəzərə alaraq, bu ərazidə necə irəliləməyin mümkünlüyüdür. Lakin onların bu mövzuda ortaq məxrəcə gələcəklərini deməkdə çətinlik çəkirəm.

Belə olduğu halda hər iki ölkə lideri diqqətlə rəsmi Moskvanın reaksiyalarını izləyərək, Suriyada öz aralarında yaşanan konfliktləri sonlandırmalıdır”.

Qeyd edək ki, İran Prezidenti Ruhani Türkiyədə səfərdədir.

Tarix
2018.12.20 / 16:22
Müəllif
Rəfiqə Məmmədzadə
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla