Yuxarı

Mehdiyevin mükafatlandırdığı başçıların – Siyahısı/Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Mehdiyevin mükafatlandırdığı başçıların – Siyahısı/Foto

Prezident İlham Əliyevin tapşırığına əsasən oktyabrın 28-də Dövlət İdarəçilik Akademiyasında seminar-müşavirə öz işinə başlayıb. Artıq seminarın ikinci günü keçirilib və ayın 30-da tədbirə yekun vurulacağı nəzərdə tutulub.

Axar.az xəbər verir ki, icra hakimiyyəti başçılarının ictimai-siyasi və humanitar məsələlər üzrə müavinləri seminarda iştirak edirlər.

Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev tədbirin ilk gününün sonunda ölkə başçısının sərəncamına əsasən, dövlət qulluğunda səmərəli fəaliyyətlərinə görə təltif olunmuş icra hakimiyyəti başçılarının bir qrupuna "Şöhrət" və "3-cü dərəcəli Vətənə xidmətə görə" ordenlərini təqdim edib.

Ancaq bu icra başçılrının kimliyi ictimaiyyətə açıqlanmayıb. Sadəcə, onların şəkilləri yayılıb. Axar.az qısa bir araşdırma aparıb və təltif edilən bəzi icra başçılarının kimliyini öyrənib.

Məlum olub ki, mükafatlandırılan icra başçılarından biri qocaman mer – Xaçmazın rəhbəri Şəmsəddin Xanbabayevdir. O, uzun müddətdir ki, rayona başçılıq edir. Digər təltif edilən başçı da coğrafi baxımdan Ş.Xanbabayevdən uzaqda deyil.

Söhbət Qubanın icra başçısı Mübariz Ağayevdən gedir. Şimal bölgəsinin bu şəhərində məlum hadisələrə qədər rəhbərlikdə Rauf Həbibov olub. Onun devrilməsindən sonra Qubaya Mingəçevirin rəhbəri olmuş M.Ağayev gətirilib.

Qeyd edək ki, seminarda R.Mehdiyev yerlərdə vətəndaşlarla müntəzəm əlaqənin saxlanması, düzgün kadr seçimi, internet resurslarında və sosial şəbəkələrdə yer alan xəbərlərin izlənməsi və təhlil olunması, ideoloji işin yüksək səviyyədə qurulması, təhsil infrastrukturunun və mühitinin yaxşılaşdırılması, ekologiya, turizm, əhalinin asudə vaxtının səmərəli təşkili, cəmiyyətin həyatında qadınların fəallığının artırılması, səhiyyənin, bədən tərbiyəsinin, idmanın inkişafı, gənclər və uşaq siyasəti, din və s. məsələlər barədə də seminar-müşavirədə ətraflı müzakirələr aparılıb, müvafiq tövsiyə və tapşırıqlar verilib.

Tarix
2014.10.30 / 00:18
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Azərbaycan əsilli nazir körpə oğlu ilə AB iclasında - Video

Ceyhun Bayramov Hakan Fidanla danışdı

Azərbaycan vurulacaqdı, Pezeşkian mane oldu - Qəzənfəri

Azərbaycan XİN Cibutinin təbrik etdi

Azərbaycan və Türkiyə Ordu Gününü belə qeyd etdi

Azərbaycan namizədi BMT-də Komitə üzvlüyünə seçildi

Bayramov Tayani ilə danışdı: Yaxın Şərqdə vəziyyət...

Ordumuzun təyinatı dəyişdi: artıq təkcə sərhədləri qorumur!

Leyen bu tarixdə Azərbaycana gəlir

Paşinyan: Azərbaycanla bağlı səhvə yol vermişəm!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla