Yuxarı

İrəvanın Məmmədyarova cavabı – Nələrə işarə vuruldu?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İrəvanın Məmmədyarova cavabı – Nələrə işarə vuruldu?

Ermənistan Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarovun müsahibəsində yer alan fikirlərə münasibəti rəsmi İrəvanın ənənəvi açıqlamalarından yalnız daha diplomatik bir dildə ifadə olunması ilə fərqlənir.

Bu sözləri Axar.az-a Ermənistan Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının XİN rəhbəri Elmar Məmmədyarovun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı çıxışına münasibətini şərh edən analitik Elçin Mirzəbəyli deyib. O bildirib ki, Ermənistan XİN-in açıqlamasında nəzərə çarpan bəzi məqamlar var:

“Əsas məqamlardan biri də rəsmi İrəvanın danışıqlar prosesinin gedişi və bizə bəlli olmayan hansısa razılaşmaların hələlik gizli saxlanılmasında daha çox maraqlı olduğunu göstərməsidir. Ermənistan XİN-in açıqlamasında yer alan “öhdəlikləri qorumaq istəyi varsa” sözləri də ortalıqda hansısa razılaşmaların olduğunu və rəsmi İrəvanın hələlik bu barədə Ermənistan ictimaiyyətinə məlumat vermək istəmədiyini göstərir. Yerdə qalan bütün digər məsələlər isə təfərrüatdır”.

Analitik vurğulayıb ki, açıqlamada yalnız Dağlıq Qarabağın təhlükəsizliyi və statusundan söhbət açılır:

“Diqqət yetirsəniz, “müstəqillik” və digər bu kimi absurd mülahizələrdən söhbət açılmır. Bu baxımdan, açıqlamanın ən azı inkarçı və aqressiv olmadığını söyləmək mümkündür. Çox güman ki, 2019-cu ildə danışıqlar prosesində müəyyən irəliləyişlər baş verəcək”.

Qeyd edək ki, E.Məmmədyarov ötən gün verdiyi müsahibədə münaqişənin Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll olunmağının vacibliyini bildirib. Buna cavab olaraq Ermənistan XİN bəyanat verib.

Tarix
2018.12.26 / 13:36
Müəllif
Firuzə Vahidqızı
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla