Yuxarı

Əliyevin ardınca Ərdoğan Parisdə: Qarabağ müzakirəsi olacaqmı?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə mətbuatında yer alan xəbərlərə görə, Prezident Rəcəp Tayyib Ərdoğanın Fransa dövlət başçısı Fransua Ollandla görüşündə əsas müzakirə mövzusu Türkiyənin Avropa Birliyinə (AB) üzvlük məsələsi olacaq.

AB komissiyasının portuqaliyalı prezidenti Xose Manuel Barrozunun səlahiyyətlərinin bitdiyi bir dövrdə prezidentin bu səfərinin altında bir çox məqam gizlənə bilər.

Əvvəla, Türkiyəyə qarşı radikallığı ilə seçilən prezidentin vəzifə müddətinin bitməsi qardaş ölkənin üzvlük məsələsində irəliləyiş sayıla bilər. İkinci məqam isə İraq və Suriya mövzusunda Ərdoğanın Qərblə razılığa gəlmə ehtimalıdır.

Ərdoğan Fransaya gedər-getməz peşmərgə qüvvələri Türkiyə ərazisindən keçərək Kobaniyə girməyə hazırlaşır. Əlbəttə, bununla Ərdoğan göstərmək istəyir ki, bəli, biz sizinləyik. Fransanın paytaxtında İranı tənqid edən Ərdoğanın bu addımı Türkiyənin AB-ə inteqrasiyasına hesablanıb desək, yanılmarıq.
Ərdoğanın əsas məqsədi "2023-cü il planı"nın ana xətti sayılan AB-ə üzvlükdür. Bura Qara dənizdə NATO tərkibində hərbi əməliyyatlarda iştirakı və NATO üzvü kimi Türkiyənin İŞİD sərhəddində yerləşməsi bu ölkəni AB üçün əhəmiyyətli edən amillərdəndir.

Bir neçə gün öncə Türkiyənin kürd bölgələrində etirazların yaranması, hətta iki qəsəbədə kürdlərin "muxtariyyət" elan etməsinə göz yuman AKP iqtidarı görünür, AB yolunda hər şeyə hazırdır.

Qarşıdan gələn vaxtlarda Türkiyənin İŞİD-ə qarşı aktiv əməliyyatlara başlamasını, koalisiya qüvvələrinin tərkibində Əsəd rejiminin devrilməsi üçün Suriyada əməliyyatlarda iştirakını görsək, deməli, Türkiyənin hesabına 1 xal yazılıb.

Ərdoğanın Paris səfəri ölkəmiz üçün də müəyyən mənada əhəmiyyət kəsb edir.

Prezident İlham Əliyevin Fransaya səfərinin ardından Ərdoğanın bu ölkəyə səfəri aktiv müzakirə olunan mövzuları gündəmdə saxlaya bilər.

Ermənistan prezidenti Serj Sərkisyanla və ev sahibi Fransua Ollandla üçtərəfli görüşlərin ardından bu səfər çözülməmiş problemlərin yenidən müzakirə olunması üçün şərait yaradıb.

Son dönəmdə 7 rayonun qaytarılması ilə bağlı mətbuatda yer alan xəbərlər prezidentlərin görüşünün nəticəsiz qalmadığı anlamına gələ bilər. Azərbaycanın reallaşdırmaq üzrə olduğu enerji layihələri fonunda Rusiya ilə razılaşmalar, son vaxtlarda Türkiyə-Rusiya əlaqələrinin üst səviyyədə inkişafı və Avropanın problemin çözümündə aktivlik göstərməsi məsələnin həlli istiqamətində ümidverici amillərdir.

Tarix
2014.11.01 / 09:30
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla