Yuxarı

Prezident bu siyasətini davam etdirəcək – Millət vəkili

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident bu siyasətini davam etdirəcək – Millət vəkili

Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli dövlətin sosial siyasətinin mərkəzində dayanır.

Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Musa Quliyev deyib. Deputat bildirib ki, Prezident İlham Əliyev ölkədə sosial məsələlərin həlli istiqamətində həmişə ardıcıl tədbirlər həyata keçirir:

“Dövlət başçısı qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə xüsusi qayğı ilə yanaşır, onların problemlərini daim diqqətdə saxlayır. Təsadüfi deyil ki, dövlət başçısı ad gününü qaçqın və məcburi köçkünlərlə bir yerdə keçirdi. Hələ 2003-cü ildə prezident yaxın 5 ildə Azərbaycanda bir nəfər də olsun məcburi köçkünün çadır şəhərciyində yaşamayacağını bildirmişdi. Bu siyasət çox uğurla həyata keçirildi və bu illər ərzində 3 milyon kvadrat metrdən çox sahəni əhatə edən mənzillər tikildi, təxminən 290 minə yaxın məcburi köçkün və qaçqına ev verildi. Hazırda 100-dən çox şəhərcik salınıb və orada hər cür şərait yaradılıb, qaçqın və məcburi köçkünlərin səhiyyə, mənəvi və mədəni həyatları, özünüməşğulluğu təmin olunub. Onların ali təhsil xərcləri də dövlət vəsaiti hesabına ödənilir”.

Deputat qeyd edib ki, son dövrlərdə yoxsul əhali ilə bağlı özünüməşğulluq proqramlarında məcburi köçkünlər xüsusi yer alır:

“Sumqayıtda 1005 ailənin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, tam təmirli evlərlə təmin olunması bunun bariz nümunəsidir. Ərazisi 4 hektar olan yaşayış kompleksində ümumilikdə 12 bina var. Kompleksdə məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib. Hesab edirəm ki, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində dövlətin yürütdüyü sosial siyasət növbəti illərdə də davam etdiriləcək”.

Tarix
2018.12.28 / 16:27
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Milli Məclis Prezident və xanımını təbrik etdi

Putinin iqamətgahına hücum olub? Trampı kim aldadır?

Azərbaycan bu ölkənin müstəqilliyini tanımır... - XİN

Mehdiyev Kərimli və Abbasovla bağlı sualları cavabladı

Azərbaycan xalqı zəngin dövlətçilik tarixinə malikdir

İlham Əliyevdən Ağ Şəhərlə bağlı paylaşım - Video

Qarabağ erməniləri ilə bağlı qərar dəyişdi

Bu ölkə ilə vizasız rejim ləğv edilir - Rəsmi

Ceyhun Bayramov özbək həmkarı ilə danışdı

Prezidentin işdən çıxartdığı başçıdan açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla