Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 11
fərman imzalayıb.
Axar.az xəbər verir ki, bu barədə Prezidentin rəsmi saytı
məlumat yayıb.
Fərmanda qeyd edilir ki, "Azərbaycan Respublikasının 1997-ci il
26 dekabr tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası
Su Məcəlləsinin tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 13 mart tarixli 685 nömrəli Fərmanının
(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 3,
maddə 169; 2003, № 10, maddə 546; 2007, № 2, maddə 87; 2008, № 8,
maddə 719; 2012, № 10, maddə 952; 2013, № 11, maddə 1333) 2-ci
hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1.1. səkkizinci abzasdan ", 83-cü maddəsinin ikinci hissəsində"
və doqquzuncu abzasdan ", 83-cü maddəsinin birinci hissəsində"
sözləri çıxarılsın;
1.2. on birinci abzasda "Azərbaycan Respublikasının Ekologiya və
Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə
Hallar Nazirliyi və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq
Səhmdar Cəmiyyəti həyata keçirirlər" sözləri "Azərbaycan
Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, suvarılan
və meliorasiya olunmuş torpaqlara münasibətdə Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti həyata
keçirirlər" sözləri ilə əvəz edilsin;
1.3. on yeddinci abzasdan "86-cı maddəsinin ikinci hissəsində,"
sözləri çıxarılsın;
1.4. iyirmi dördüncü abzasın sonunda nöqtə işarəsi nöqtəli
vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda iyirmi
beşinci və iyirmi altıncı abzaslar əlavə edilsin:
"həmin Məcəllənin 83-cü maddəsinin birinci və ikinci
hissələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının
səlahiyyətlərini Azərbaycan Respublikasının Ekologiya və Təbii
Sərvətlər Nazirliyi, təhlükəsizlik tələblərinə əməl olunması ilə
bağlı Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi həyata
keçirirlər;
həmin Məcəllənin 86-cı maddəsinin ikinci hissəsində nəzərdə
tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti
həyata keçirir.".
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim
etsin;
2.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
versin;
2.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat versin;
2.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin".
Prezident İlham Əliyevin imzaladığı digər fərmanlar aşağıdakı
kimidir:
Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust
tarixli 769 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Xidməti və mülki
silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi
və təyinatı üzrə istifadə olunması Qaydaları"nda dəyişikliklər
edilməsi barədə
X X X
"Yerin təki haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
27 aprel tarixli 701 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
X X X
"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2002-ci il 29 yanvar tarixli 667 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında
X X X
"Torpaqların münbitliyi haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan
Respublikası Prezidentinin 2003-cü il 23 oktyabr tarixli 979
nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
X X X
Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 1 fevral
tarixli 810 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan
Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə
Dövlət Agentliyi haqqında Əsasnamə"də dəyişiklik edilməsi
barədə
X X X
"Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi ilə əlaqədar əlavə tədbirlər haqqında" Azərbaycan
Respublikası Prezidentinin 1999-cu il 10 avqust tarixli 178 nömrəli
Fərmanında dəyişiklik edilməsi barədə
X X X
"Elektroenergetika haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
1998-ci il 13 iyun tarixli 723 nömrəli Fərmanında dəyişiklik
edilməsi haqqında
X X X
"Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 1998-ci il 28 sentyabr tarixli 774 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında
X X X
"Azərbaycan Respublikasının 1997-ci il 30 dekabr tarixli Qanunu
ilə təsdiq edilmiş Azərbaycan Respublikası Meşə Məcəlləsinin tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il
30 mart tarixli 693 nömrəli Fərmanında dəyişikliklər edilməsi
haqqında
X X X
"Energetika haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq
edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 1
fevral tarixli 85 nömrəli Fərmanında dəyişiklik edilməsi
haqqında