Azərbaycan və Macarıstan strateji tərəfdaşlıq haqqında
saziş imzalayacaqlar.
Trend-in məlumatına görə, bunu bazar ertəsi Macarıstanın xarici
işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto Azərbaycanın
xarici işlər naziri Elmar Məmmədyarovla birgə keçirdiyi mətbuat
konfransında deyib.
Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin
Macarıstana səfərinə hazırlıq görülür və səfər çərçivəsində bu
sazişin imzalanması gözlənilir: "Azərbaycan Macarıstanın strateji
tərəfdaşıdır və ölkələr arasında iqtisadi əlaqələr sürətli templə
inkişaf edir".
P.Siyarto qeyd edib ki, iki ölkə arasında əmtəə dövriyyəsi 17
faiz artıb: "Azərbaycan Prezidentinin səfərindən gözləntilərimiz
böyükdür".
Nazir əlavə edib ki, Macarıstan "Şərq tərəfdaşlığı" çərçivəsində
Azərbaycanla əməkdaşlığa da böyük əhəmiyyət verir.