Yuxarı

NATO Əİ-dən dəhşətli Azərbaycan açıqlaması – Özəl

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Ukraynadakı seçkilərdə qazanan demokratiya, uduzan isə Rusiya oldu".

Bu sözləri Axar.az-a açıqlamasında NATO Əməkdaşlıq İnstitutunun rəhbəri Fərrux Məmmədov deyib.

O, Qafqazın təhlükə ilə qarşı-qarşıya qaldığını bildirib:

"Biz artıq bir neçə aydır ki, Rusiyanın Qafqazda Ukrayna ssenarisindən istifadə edə biləcəyini açıq şəkildə söyləyirik. Ukraynadakı seçkilərdə qazanan demokratiya, uduzan isə Rusiya oldu. Xalq öz seçimini etdi. Lakin Putinin Ukrayna Ali Radasına öz istədiyi millət vəkillərini yerləşdirə bilməməsi onu bərk qıcıqlandırıb. O, ikinci ssenarisini işə salır. Bu isə hərbi müdaxilədir. Yəni burada iki çıxış yolu var: Bunlardan biri NATO və Amerikanın Rusiya ilə açıq savaşa girməsidir. İkinci yol isə Putinin fiziki məhv edilməsidir. Bunlardan heç biri həyata keçirilməzsə, o zaman Şərq Tərəfdaşlığı proqramına düşən ölkələrin işğalı qaçılmaz olacaq. Rusiya kəşfiyyat orqanları olan FSB və QRU-nun masasında Cənubi Qafqazın işğal planı hər zaman vardır. Sadəcə, siyasi mühitin formalaşması gözlənilirdi və bu gün Rusiyaya sərf edən siyasi mühit formalaşıb. Heç bir beynəlxalq hüquq və normanı tanımayan, bütün konvensiyaları və normativləri rədd edın Rusiya sabahkı addımı üçün bu gün artıq hazırlıq görür. NATO Əməkdaşlıq İnstitutunun əldə etdiyi məlumata görə, Gümrüdə mövcud olan hərbi hissədə xüsusi diversantlar Azərbaycan üçün hazırlıq görürlər. Yəqin ki, bu barədə artıq Azərbaycan tərəfində kifayət qədər məlumat var. Ancaq biz də məlumat verməyi özümüzə borc sayırıq ki, düşmən artıq qapıdadır və bu düşmən Azərbaycandan daha güclüdür. Bu təhlükələrdən qurtulmaq üçün Azərbaycanın NATO və BMT-də təcili Cənubi Qafqaz böhran masasının təşkil olunmasına təşəbbüs göstərməsini təklif edirik. Bu addımlar nə qədər tez olarsa, bir o qədər təhlükədən yan keçmək asanlaşar".

Tarix
2014.11.03 / 13:54
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla